Kriminal
2026-03-10 12:00:00
SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisası Sona Aslanovanın məzarından yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
2026-03-09 23:22:00
Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.
2026-03-09 18:23:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu.
2026-03-08 18:07:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənc və istedadlı rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında Ustad dərslərinə başladı və bir aylıq davam edən ustad dərsləri zaman "Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri" mövzusunda təlimlər keçirildi. Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesi əsasında "Müsyö Jordanın Qarabağ Sərgüzəştləri" adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olunub. Əvvəlcə Qarabağda, Ağdam Dövlət Dram Teatrında premyerası gerçəkləşən tamaşa, ətraf rayon və şəhərlərdə dəfələrlə uğurla nümayiş olunub. 10 mart - Milli Teatr Günü müasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Müsyö Jordanın Qarabağ Sərgüzəştləri" Tamaşasının Bakı premyerası gerçəkləşib. Gənc rejissorun yenilikçi baxış bucağı ilə yaradıcı və innovativ yanaşması əsasında hazırlanan səhnə əsəri, paytaxt tamaşaçılarının rəğbətini qazanaraq böyük maraqla,coşqu və alqışlarla qarşılandı. Tamaşanın əsas süjet xəttini Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi, Qarabağın adət-ənənələri, məşhur Qarabağ xalçaları, atları, muğamı, yeməkləri, bitkiləri ilə yaxından və əyani tanış olmaq istəməsi, gördülərini bütün dünyaya çatıra bilməsi məqsədilə Şahbaz bəyi özü ilə Fransaya apartmaq istəyi təşkil edir. Bir hissədən ibarət olan tamaşa vasitəsilə tamaşaçılara Qarabağ adət-ənənələrinin təbliğ və tərənnümü ilə yanaşı maarifçilik, cəhalətin tənqidi və elmin təbliği təqdim olunur. Tamaşa rejissor tərəfindən müəllifin ideya və süjet xəttinə toxunmayaraq milli klassikamızın müasir dövrə milli adaptasiyasıdır.
2026-03-06 18:21:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə görkəmli xanəndə, ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib.
2026-03-06 17:44:00
TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyinini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş "QIŞ NAĞILI" adlı yaradıcılıq sərgiləri 3,4,5 mart tarixlərində hər gün saat 12:00 və saat 16:00-da olmaqla 6 bölümlə baş tutdu.
2026-03-06 17:17:00
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Şüştər" və "Humayun" dəstgahları təqdim olunub. Konsert proqramında BMM-nin solistləri Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Sadiq Qasımov çıxış ediblər.
2026-03-05 22:24:00
7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında piano ixtisası üzrə tələbələrin iştirakı ilə "Musiqi debütü" adlı konsert proqramı təqdim olundu. Konsert çərçivəsində İ.S.Bach, A.Məlikov, F.Chopin və S.Raxmaninov kimi bəstəkarların piano yaradıcılığından seçilmiş əsərlər təqdim olundu. Konsertdə fortepiano fakultəsinin tələbələri səhnəyə çıxaraq yüksək ifaçılıq bacarıqlarını nümayiş etdirdilər. Fevralın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Nəsillərin Dialoqu" layihəsi çərçivəsində ikinci konsert proqramı təqdim olundu. Konsertdə Azərbaycan muğam sənətinin tanınmış nümayəndələri - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov və tələbələri çıxış etdilər. 21 fevral - növbəti abonement konsertdə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (bədii rəhbər xormeyster Naala Baratelia, konsertmeysterlər L.Bağırzadə, M.Zalıyeva və F.İ.Məhəmmədzadə) çıxış etdi. Proqramda Azərbaycan, türk özbək bəstəkar və xalq mahnıları səsləndirildi. Konsert çərçivəsində xor qrupunun artistləri çıxış etdilər.
2026-03-05 22:14:00
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə martın 4-də Qəbələ şəhər Uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib. Fortepiano ilə tar ixtisaslarını əhatə edən ustad dərslərində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak edib. Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasına şərait yaratmaqla yanaşı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi baxımından da əhəmiyyətlidir. Vurğulanıb ki, bu qəbildən ustad dərsləri Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin pedaqoji fəaliyyətində səmərəliliyin artırılmasına öz töhfəsini verir. Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan "Asəf Zeynallı. Seçilmiş əsərlər" kitabını məktəbin kitabxanasına hədiyyə edib. Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılıb. Təcrübəli pedaqoqlar şagirdlərin çalğısı üzərindən musiqi alətinin ifa texnikası və diqqət yetirilməli məqamlardan danışıb, öz tövsiyələrini veriblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2026-03-05 18:07:00
4 mart Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Zəfər Yurdu ilə Zərif Nəğmələr" adlı konsert proqramı keçirilib. Konsert proqramında "Zəfər Yurdu" ansamblının ifasında muğam sənəti ilə klassik vokal ifaçılığının vəhdətini əks etdirən milli və dünya musiqi xəzinəsindən seçilmiş nümunələr təqdim olunub. Tədbir çərçivəsində səsləndirilən musiqi əsərləri tamaşaçılara zəngin və rəngarəng musiqi palitrası təqdim edərək konsertə xüsusi bədii ovqat bəxş edib. Yüksək peşəkarlıqla təqdim edilən konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
2026-03-04 17:42:00
Azərbaycan musiqi sənətində mühüm hadisə kimi dəyərləndirilən möhtəşəm tamaşa - Xalq artisti Siyavuş Kəriminin "NƏSİMİ" birpərdəli operası Heydər Əliyev Sarayının səhnəsində tamaşaçılara təqdim olundu. Operanın ideya və musiqi müəllifi olan Siyavuş Kərimi bu əsərdə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dramatik və fəlsəfi taleyini müasir musiqi dili ilə səhnəyə gətirdi. Əsər insanın mənəvi azadlığı, həqiqət axtarışı, inanc və qurbanlıq kimi əbədi mövzulara toxunaraq, Nəsimi irsinin ideya-fəlsəfi dərinliyini operanın emosional təsir gücü ilə birləşdirdi. Ölkədə ilk dəfə olaraq operanın quruluşu zamanı süni intellekt texnologiyalarından istifadə olundu.
2026-03-04 00:54:00
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
2026-03-03 17:55:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti təqdim olunub.
2026-03-03 10:26:00
Ağsuda "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.
2026-03-03 09:53:00
Sosial şəbəkələrdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən "Hacı Molla Hüseyn hamamı" hamamının deqradasiya və struktur dağılma riski ilə üz-üzə qaldığı barədə xəbərlər yayılıb.
2026-03-02 22:26:00
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşası təqdim olunub. Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır. "Gəlinlik paltarı" sadəcə bir toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur. Tamaşa boyunca insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçıya təqdim olunur. Bəzən geyinilməyən bir gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər... Tamaşanın sonunda Teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib. Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər. "Gəlinlik paltarı" tamaşasında quruluşçu rejissor Laləzar Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.
2026-03-02 21:13:00
Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yollarının sədası" adlı müəllif konserti təqdim olunub. Proqramda bəstəkarın yaradıcılığını əhatə edən müxtəlif janrlarda əsərlər yer alıb. Konsert proqramında Əməkdar artistlər İlham Nəzərov, Fəridə Məmmədova, ifaçılar Ərtoğrul Balayev, Rauf Məmmədzadə, Rəğyar Səfərov və Səxavət Məmmədov çıxış ediblər. İfaçıları Xəzər Universitetinin Kamera Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijor Hüseyn Kərimovdur. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2026-03-02 15:28:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən "Sənət dialoqu" adlı yeni layihə həyata keçirilir.
2026-03-01 18:06:00
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.
2026-02-28 18:12:00
2026-ci ildə görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi tamam olur. Fevralın 25-də Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə sənətkarın yubiley tədbiri qeyd edilib. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov və müşavir Cahangir Səlimxanov iştirak ediblər.
2026-02-28 16:08:00
3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi "Rejissor laboratoriyası"nda Anton Pavloviç Çexovun "Ayı" adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
2026-02-28 09:56:00
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
2026-02-27 18:08:00
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqramı ilə dinləyicilər qarşısında uğurla çıxış edib.
2026-02-27 17:44:00
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.
2026-02-27 16:26:00
"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı altında elan olunmuş 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında keçirilən "Qiş nağili" adlı yaradıcılıq sərgisinə ölkənin müxtəlif bölgələrindən böyük maraq göstərilib. Müsabiqəyə 1000-dən çox müraciət daxil olub, iştirakçılar tərəfindən 1500-dən artıq qış mövzulu rəsm əsəri təqdim edilib.
2026-02-27 15:17:00
Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ölkənin müxtəlif bölgələrindən yüzlərlə iştirakçını bir araya gətirdi. Çempionat mövsümün ən diqqətçəkən mədəni tədbirlərindən biri olaraq world dances, show dance, müasir və milli rəqs istiqamətlərini eyni səhnədə birləşdirdi.
2026-02-26 17:56:00
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı təsviri sənətdə" adlı mühazirə keçirilib.
2026-02-26 17:22:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Xocalı - Unudulmaz yaddaş" adlı anım tədbiri keçirildi.
2026-02-26 16:53:00
Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı və Cadenza orkestrinin iştirakı ilə "Yaddaş #4" adlı növbəti konsert keçirilib. Konsert Qara Qarayevin xatirəsinə həsr olunub.
2026-02-23 18:50:00
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
2026-02-23 16:06:00
4 mart 2026-cı il tarixində "Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunmuş "Nadir yaradıcılıq gecəsi" keçiriləcək.
2026-02-23 15:44:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Sənət dialoqu" adlı yeni layihəyə başlayır.
