Kriminal
2025-03-10 17:29:00
Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına həsr olunmuş konsert keçirilib. Bəstəkarın ariya və mahnılarından ibarət konsert proqramında Əməkdar artistlər Fəridə Məmmədova və İham Nəzərovun ifaları təqdim olunub.
2025-03-10 16:25:00
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
2025-03-10 14:58:00
Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının beşinci günü Beynəlxalq Muğam Mərkəzində Xəzər Universitetinin Orkestrinin müşayiəti ilə "Sevgi nəğmələri" adlı konsert proqramı baş tutub.
2025-03-09 19:59:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert baş tutub. Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti, "National Music & Global Culture Society"-nin (Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti) prezidenti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova (piano) dinləyicilər qarşısında çıxış edib. Nərgiz Əliyarova məhz bu xüsusi tədbir üçün Nyu-Yorkdan Bakıya səfər etdiyini bildirib. Proqramda H.Berlioz "Macar marşı", L.v.Beethoven piano və orkestr üçün 3 saylı konsert c-moll (op.37), A.Dvorak "Slavyan rəqsləri" səslənib. "Bis" sədalarına bəstəkar Rüfət Xəlilovun işlənməsində xalq mahnısı "Sarı Gəlin" ifa olunub. Musiqi nömrələri dinləyicilərə klassik sənətin dərinliyini və gözəlliyini hiss etdirib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2025-03-09 08:50:00
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
2025-03-08 18:24:00
Keçmiş Sovet İttifaqının tanınmış bəstəkarı Gennadi Banşçikov vəfat edib.
2025-03-08 17:47:00
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın "Min bir gecə" baleti təqdim olunub.
2025-03-08 17:11:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində konsert keçirildi.
2025-03-08 15:09:00
Ölkədə ilk dəfə keçirilən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində festivalın üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə "Musiqinin ruhu" adlı konsert proqramı baş tutub.
2025-03-08 14:22:00
Sumqayıtda bir nəfərin 95 min manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
2025-03-08 13:27:00
Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
2025-03-08 12:49:00
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.
2025-03-08 12:09:00
Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.
2025-03-08 09:30:00
İctimai fəal Elgiz Qəhrəman "Məclis.info" işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
2025-03-08 08:42:00
Musavat.com-un həmsöhbəti Xalq artisti Tariyel Qasımovdur. 86 yaşlı aktyor hazırda Ağstafada yaşayır.
2025-03-07 17:41:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədilə 2025-ci ilin 6 mart tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində təlim keçirilib.
2025-03-07 17:12:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqi sənətinin incə çalarlarını özündə birləşdirən "Səslərin güzgüsü" adlı möhtəşəm piano gecəsi baş tutub. Bu xüsusi konsert proqramında qardaş ölkələri təmsil edən istedadlı pianoçular - Tutu Aydınoğlu (Türkiyə) və Camalə Abdinzadə (Azərbaycan) çıxış edib.
2025-03-07 16:46:00
Qaradağ rayonunda torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı altında dələduzluq edən şəxs həbs edilib.
2025-03-06 21:21:00
Martın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib. Qax rayonu Qaxingiloy kənd Mədəniyyət Evində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov və MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar. Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb. Ustad dərsi formatında keçən görüşdə Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Rəis Niftəliyev, 3-cü kurs tələbəsi Ruhəngiz Musayeva, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Elmir Cəfərli, Elvin Məmmədov və Qax şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Aqşin Dostuyev, Səma Şərifova, Aksana Cumayevanın ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib. İfaçıları tarda Altay Niftəliyev, Səxavət Cumayev, Məhəmməd Məhəmmədkərimov, kamançada Araz Ağaverdiyev, Hamil Lətifov, Azad Quliyev və nağarada Xaləddin Əsgərov müşayiət ediblər. Tədbirdə regionda yerləşən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.
2025-03-06 16:34:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Yeni adlar" layihəsi çərçivəsində konsert baş tutub.
2025-03-06 16:20:00
08 mart saat 11:00-da bütün ailə üçün nəzərdə tutulmuş "Meri Poppins: Sehrli macəralar" musiqili tamaşasının premyerası keçiriləcək.
2025-03-06 15:55:00
14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiylə Azərbaycan Dövlət Uşaq Filarmoniyası "Gəl, Novruzum" adlı konsert proqramı təqdim edəcək.
2025-03-06 12:09:00
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
2025-03-06 10:45:00
Bakıda dərman deposundan oğurluq edən şəxs saxlanılıb. Son.az xəbər verir ki, martın 4-də Xətai rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 612 manatlıq dərman və tonometr aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
2025-03-06 10:22:00
Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
2025-03-06 10:06:00
Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik verlişinin yeni buraxılışı yayımlanıb.
2025-03-05 22:27:00
Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər.
2025-03-05 21:38:00
4-9 mart 2025-ci il tarixlərində ölkəmizdə ilk dəfə baş tutacaq Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı öz işinə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu" mövzusunda elmi seminarla başlayıb.
2025-03-05 20:58:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) "Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı yeni layihəyə başlayıb.
2025-03-05 20:54:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti keçirilib.
2025-03-05 14:21:00
Sosial evlərlə bağlı dələduzluq edən iki nəfər həbs olunub.