Kriminal
2023-05-03 16:48:00
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
2023-05-03 16:02:00
Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
2023-05-03 15:48:00
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub.
2023-05-03 09:07:00
Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
2023-05-03 08:36:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.
2023-05-03 02:02:00
""Gün keçdi", "Dədə Qorqud", "Arşın mal alan" və s. filmlərindən sonra ucuz işlərdə görünə bilmərəm. Daha sonralar da məni filmlərə dəvət etdilər. Ssenarini götürüb oxuyanda ağlamağım gəlirdi. Heç kim məndən inciməsin. Bu sahədə peşəkarlar çalışmalıdır. Yerindən duran, əlinə kamera alan film çəkib, əlinə qələm alan ssenari yazmamalıdır. Heç bir filmdə çəkilmək istəmədim. Hər şeyə "stop" dedim. Mövzular da çox bəsitdir. İnsan o filmləri izləyəndə darıxır. Məişət mövzularından başqa filmlər çəkilmir. Kimsə kimdənsə boşanır, kimsə göz yaşı tökür, kimsə dalaşır. Əlbəttə ki, filmlərdə bunlar da lazımdır, amma daha vacib mövzular ön planda olmalıdır. Bir dəfə hava limanında Rasim Balayevlə qarşılaşdım. Mənə dedi ki, "gəl, gedib pul tapaq, filmlərdə çəkilək, simamız da dəyişir, vaxt da azalır, ölüb gedəcəyik (gülür). Mən də belə düşünürəm".
2023-05-02 18:44:00
Bu il Azərbaycanın ilk qadın pianoçularından biri, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın anadan olmasının 130 illiyidir. Mayın 1-də Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi musiqi gecəsi unudulmaz pianoçunun xatirəsinə həsr olundu.
2023-05-02 17:52:00
2018-ci ilin 5 sentyabrında Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirən ata və oğlunun məhkəmə prosesi nəhayət yekunlaşıb.
2023-05-02 17:50:00
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsi məzunlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.
2023-05-02 11:14:00
İyunun 9-da Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" Kamera Orkestrinin solistlərinin konserti olacaq.
2023-05-02 11:03:00
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
2023-05-02 05:05:00
Son.az xəbər verir ki, Xalq artisti, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli sənətkar, görkəmli xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli moderator.az-ın suallarını cavablandırıb. - Rəqsanə xanım, bir müddət əvvəl atanızın məzar daşının hələ də hazır olmamasından giley-güzar etmişdiniz. İşlər hazırda nə yerdədir? - Əslində mən bu 1 il 2 ay gözlədim, səbr etdim və sonra səbrim tükəndi. Vəfatından 1 il 2 ay keçsə də, hələ də məzar daşı qoyulmayıb, boş torpaqdır. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti iki dəfə məzar eskizi hazırlayıb, göndərdilər. Birinci eskizi ötən ilin avqust ayında, ikinci eskizi isə noyabrın 11-də göndərdilər. Eskizlərdən birində səhv var idi, orada SSRİ xalq artisti yazmışdılar. Onlara bunun səhv olduğunu bildirdim. Dövlət məzar daşı üçün 16 min manat pul ayırıb. Onlara da deyirdim ki, 1-ci Fəxri Xiyabana uyğun məsləhət bildiyiniz məzar daşı hazırlayın. Birinci eskiz ikinci eskizdən daha yaxşı idi. İkinci eskiz nə mənim, nə də ki, ailə üzvlərimin xoşuna gəldi. Çünki 16 minə uyğun məzar daşı deyildi. Dövlət bu məzar daşı üçün 2 min manat ayırsaydı, mən 2 minlik məzar daşı istəyərdim. Axı dövlətimiz 16 min manat ayırıb. Yenə də sağ olsun dövlətimiz, atama sağlığında da, dünyasını dəyişəndən sonra da dəyər verir. Bilirsiniz ki, ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev, muğama, sənətə və sənətkara hər zaman dəyər verən Mehriban xanım Əliyeva atama böyük diqqət və qayğı göstəriblər. Atamı yaşadan da dövlətin bu qayğısı idi. - Məsələ mətbuatda işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar sizinlə əlaqə saxladı? - Oğlumla əlaqə saxlayıblar. Deyiblər ki, gəlsinlər necə istəyirlərsə, elə də hazırlayacağıq. Mən də şəkilləri toplayıram. Sabah aparıb onlara şəkil verəcəyəm. Mən normal məzar daşı istəyirəm. Bütpərəst deyiləm ki, böyük abidələr istəyim. Heykəl qoymağa da o qədər imkanım yoxdur. O gün gəlinim internetdə tapıb mənə göstərdi, Xaçmazda onun büstünü 10 il əvvəl hazırlayıb, parkda qoyublar. Mən də istəyirəm ki, məzarı üstünə gedəndə qəbirüstü abidəsini görüm. Bununla da təsəlli tapmış olaram. Yeganə övladı mənəm də. Yenə də sabah məzarı üstünə mən gedib-gələcəm. - Onu da deyim ki, sizin bu müsahibəniz insanlarda heç bir qıcıq yaratmayıb. Əksinə, hamı, ələxsus da Əlibaba Məmmədov sevərlər sizə haqq qazandırıb. - Nə bilim, mənim orada yazılan rəylərdən heç bir xəbərim yoxdur. Sağ olsunlar. Mən haqqımı tələb etmişəm. Atam həmişə deyirdi ki, "Xalq sevsə sənətkarı, ona dağ bata bilməz". O xalqın böyük sevgisini qazanmışdı. - Atanız haqda təşkil olunan yaradıcılıq gecəsində də iştirak etmədiyiniz deyilir. Buna səbəb nə idi? - Atamın məzar daşı hazır deyil, necə gedim onunla bağlı tədbirlərdə, yaradıcılıq gecələrində iştirak edim? Adama deməzlər ki, atanın məzar daşı niyə indiyə qədər qoyulmayıb? Elə bilirsiniz ki, demirlər? Vallah, bütün qohum-əqraba, qonum-qonşu, tanış-biliş hamısı soruşur. Mən yorulmuşam onların suallarına cavab verməkdən. Atam min illər keçsə də yaşayacaq, O cismən yanımızda olmasa da, ruhən hər zaman bizimlədir. - Yuxularınıza tez-tez gəlir? - Demək olar ki, hər gün yuxularıma gəlir. O yəqin özü də istəməyib ki, məzar daşını başqa adam düzəltdirsin, yenə də bu məsələ il yarımdan sonra fırlanıb mənim üstümə gəldi. Yenə də mən düşdüm qabağa. Mən heç inanmırdım ki, o öləcək. Bu 1 il, 2 ay necə gəlib-getdi heç bilmədim. 1 həftənin içində iki əziz adamımı itirdim. Necə ola bilərəm? İndiyə qədər dərmanla yatıb-dururam. Atam bu yaşımda məni yetim qoyub getdi. Bütün günü telefonumda mahnılarını dinləyirəm. - Əlibaba müəllimin adını daşıyan nəvəsi varmı? - Əlbəttə. Atam sağ ikən hələ onun adı qardaşımın oğluna verilmişdi. Bu dəqiqə 50 yaşı var. - Səhv etmirəmsə Əlibaba müəllim övladlarına da mahnılar bəstələyib. Doğrudurmu? - Böyük bacım həkim idi. Onun şərəfinə "Mehriban həkim" mahnısını bəstələmişdi. Qardaşımın şərəfinə isə "Oğluma nəsihət" adlı mahnı bəstələmişdi. Məni çox istəsə də, şərəfimə mahnı bəstələməmişdi. Həmişə də bunun səbəbini ondan soruşanda deyirdi ki, "kişi ailəsinin adını dillərə salmaz (gülür). Mən evin sonbeşiyi, atamın ən istəklisi idim. Qardaşım və bacım məndən 10 yaş böyük idilər. - Ömrünün son dəqiqələrini necə xatırlayırsınız? - Son iki ildə bir az da pandemiya onun səhhətinə mənfi təsir göstərdi. Xalq adamı idi, xalqın içində gəzməyi, söhbət etməyi çox sevirdi. Pandemiyada evdə qaldı, bir az da ayaqları tutuldu. Müalicə alandan sonra bir az özünə gəlmək istəyirdi, bu yandan da qardaşımı itirdik. Qardaşımdan 1 il əvvəl də bacımı itirdik. Onların dərdi atamı yıxdı. Atam 92 il yaşadı. Mənə "Rəqsi" deyirdi. Deyirdi ki, "Rəqsi, özündən muğayat ol". Sonuncu dəfə əlimi tutub buraxmadı.
2023-05-01 19:38:00
Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.
2023-05-01 19:32:00
Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.
2023-05-01 19:12:00
Xalq artisti Şamis Süleymanov "Tütək səsi" filmindəki Cümrü obrazından danışıb.
2023-05-01 16:06:00
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisini təqdim edir.
2023-05-01 14:14:00
Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
2023-05-01 13:03:00
Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də "Muğam aləmi" ("Space of Mugam") 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
2023-05-01 13:00:00
Çıxıb efirdə bəzən elə şeylər danışırlar ki, sənətlərini də, özlərini də gözdən salırlar"
2023-05-01 12:16:00
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
2023-05-01 10:04:00
İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış edəcək.
2023-05-01 08:56:00
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.
2023-04-30 21:52:00
Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
2023-04-30 19:28:00
Aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kənd sakinləri 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
2023-04-30 18:00:00
Son.az Kulis.az-a istinadən Nəfəs adı ilə məşhurlaşan müğənni Günel Məmmədli haqqında maraqlı faktları təqdim edir.
2023-04-30 16:00:00
Son.az Kulis.az-a istinadən Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı faktları təqdim edir.
2023-04-30 15:00:00
Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Əkbər 1966-cı il təvəllüdlü qohumu Vüsaləni (adlar şərti verilib - red.) qətlə yetirib.
2023-04-30 13:00:00
Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
2023-04-30 12:31:00
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb.
2023-04-30 12:11:00
Dünən Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.