“Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub FOTO
Kriminal 16 İyl 2025 17:00:00 84 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Nəsildən-nəslə teatr" layihəsi davam edir.
Bu xəbəri də oxu: Reper Epi saxlanıldı
Layihə üzrə növbəti seminar Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən seminar "Aktyor sənəti: ənənə və müasirlik dilemması" mövzusuna həsr edilib.
Layihənin budəfəki qonağı Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev olub.
Əvvəlcə mərkəzin əməkdaşları Dağlar Yusifov və Nicat Həsənzadə çıxış edərək "Nəsildən-nəslə teatr" layihəsinin bölgələri də əhatə etməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu qəbildən layihələr regionda teatr sənətinə marağın artırılması ilə yanaşı, vətəndaşların sənət anlayışının, estetik zövqünün zənginləşməsinə də töhfə verir.
Xalq artisti Qabil Quliyev sənət yolu haqqında söz açıb, teatr və tamaşaçı münasibətlərindən danışıb. O, aktyor sənətinin sirləri, yaradıcılıq imkanları, tamaşaçı marağı, sənətdə klassik ənənələr və müasir baxış kimi məsələlərdən də bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, "Nəsildən-nəslə teatr" layihəsinin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişafına töhfə vermək, həmçinin müasir beynəlxalq sənət tendensiyalarının tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb olunması ilə aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Xəbərə aid video
İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsin

Belçikanın nüfuzlu KU Leuven Universitetində "Məzun günü" keçi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünik ray

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulm

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlə

Prezident İlham Əliyev "İcra məmurları haqqında", "İcra ha

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zə

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücül�

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı apa

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna İ

Son günlər ölkənin bəzi ərazilərində isti hava şəraiti müşahidə olu
