Siyasət
2023-03-13 16:17:00
Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika dilindən istifadəni qanunsuz hesab edib.
2023-03-13 15:59:00
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
2023-03-13 15:56:00
"İkili standartlar" kəlməsi son illər siyasətçilər, ekspertlər və mətbuatın ən çox istifadə etdiyi ifadələrdən birinə çevrilib. Bəşər tarixi yarandığı gündən bu standartlar qeyri-rəsmi qüvvəyə minib və tarix boyu güclü gücsüzü, qüdrətli zəifi əzib, hüqüqlarını tapdayıb. 30 ildən artıq ikili standartları ən çox öz üzərində hiss edən ölkələrdən biri də Azərbaycan olub. İşğala məruz qalsa da, milyondan artıq vətəndaşı öz ev-eşiyindən didərgin salınsa da, təcavüzkara dur deyən tapılmadı. Yalnız 30 il sonra təkbaşına öz torpaqlarını azad etməyə başlayanda isə dünya birliyinin yadına ədalət, hüquq və insan azadlıqları düşdü. Halbuki, Azərbaycan və Ermənistana münasibətdə ikiüzlü siyasət yürüdən Avropa illər uzunu Ermənistanı işğalçı dövlət adlandırmağa cürət etmədi.
2023-03-13 15:23:00
Ermənistanın hakimiyyət dairələri çox təhlükəli yola üz tutaraq Bakı ilə danışıqların formatını, məzmununu və mahiyyətini dəyişməyə çalışırlar. İrəvanın məqsədi yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər ləngitmək, müzakirələrdə süni problemlər yaratmaq və "hami"lərinə güvənərək "yeni oyun qaydaları"nı reallaşdırmaqdır. Bu isə Ermənistan üçün çox, amma çox təhlükəli yoldur.
2023-03-13 14:36:00
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
2023-03-13 14:01:00
Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Senat və Milli Assambleyası dəfələrlə ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Həmçinin Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnamələrin əsas təşəbbüskarı fransız deputatlar olur. Bundan başqa, başda Fransa prezidenti Emmanuel Makron olmaqla, ölkənin digər siyasətçiləri Bakıya qarşı sərt fikirlər səsləndirirlər. Ölkə mediası isə vaxtarışı olaraq, Markon hakimiyyətinin sifarişi ilə Azərbaycan əleyhinə silsilə yazılar dərc etməklə gündəmə gəlirlər. Fransanın dövlət qurumları öz vətəndaşlarından çox, ermənilərin təmsilçisi rolunda çıxış edirlər.
2023-03-13 13:47:00
Dünya, xüsusilə də Avropa hər ötən gün Rusiya və Qərb arasında geosiyasi maraqların toqquşduğu poliqonu xatırlatmaqdadır.
2023-03-13 12:29:00
İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.
2023-03-13 12:12:00
X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd etməyin tam vaxtıdır. Olduqca bölünmüş və yeni təhlükələrlə üzləşən dünyanın qlobal çağırışlarının müzakirəsi üçün platformanın yaradılması çətin məsələyə çevrilib. Bu kontekstdə Azərbaycan öz təşəbbüsləri ilə ön plana çıxır. Beləliklə, Prezident İlham Əliyevin böyük səyləri nəticəsində son on il ərzində Qlobal Bakı Forumu dünya liderlərinin inamını qazanmış və qlobal güclərin bir araya toplaşaraq dünya gündəliyində duran son dərəcə mühüm məsələləri birgə müzakirə etdikləri, həll yolları axtardıqları, bir-biri ilə fikir və təcrübə mübadiləsi apardıqları yerə çevrilib.
2023-03-13 11:55:00
Sosial şəbəkələrdə rus sülhməramlı kontingetinin 2 UAZ "Patriot" avtomobilinin erməni separatçılarının 3 UAZ maşınını müşayiət etdiyi yeni kadrlar yayılıb.
2023-03-13 11:21:00
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
2023-03-13 11:10:00
Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb.
2023-03-13 09:24:00
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurması müşahidə olunur. Hansı tərəfin qalib gələcəyini, yeni dünya nizamının planetimizin gələcəyinə necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Artıq dünya xalqları yeni nizama doğru gedən yolda bir sıra qlobal problemlərlə üzləşməyə başlayıblar. Belə problemlər sırasında dövlətlərin sərhəd təhlükəsizliyi, səhiyyə xidmətləri, iqlim problemləri, su qıtlığı, enerji və nəqliyyat dəhlizləri, ərzaq böhranı və digər məsələlər var.
2023-03-12 22:45:00
Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında bu gün keçirilən müzakirələrdə çıxış edib.
2023-03-12 22:12:00
5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür.
2023-03-12 22:08:00
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın (PA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
2023-03-12 20:43:00
İsrailin sabiq baş naziri Ehud Olmertin Bakıda jurnalistlərə açıqlamasında dediyi "İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir" sözlərinə Tehranın Bakıdakı səfiri Seyid Abbas Musəvi hədə ilə cavab verib.
2023-03-12 19:57:00
"Döyüş təyyarələri qonşu ölkələrin sərhədini pozmadan ölkə daxilində müəyyən qaydalar çərçivəsində sərbəst uça bilər. Sərhəd pozulduğu təqdirdə isə ölkə başçısının, müdafiə naziri və komandanların əmri əsasında qırıcılar qaldırılır, lazımi cavab verilir".
2023-03-12 19:43:57
İranın Azərbaycan sərhədində döyüş təyyarəsi ilə törətdiyi təxribatın məqsədi, bəllidir ki, Bakını hədələməkdir və davamlı olacağı istisna deyil. Son günlər "Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib" iddiasının tirajlanması da bu kontekstdə təsadüfi sayılmamalıdır. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır. Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona "istinadən" tirajlamışdı.
2023-03-12 17:42:00
Ümummilli lider Heydər Əliyev Çin xalqının böyük dostudur və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.
2023-03-12 17:08:00
Azərbaycan xalqının bəxti gətirib ki, çətin bir zamanda məhz Heydər Əliyev onun lideri olub: "O, ən çətin vaxtlarda bütün məsələlərdə tarazlığı qoruyub saxlaya bilib".
2023-03-12 13:08:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
2023-03-12 12:13:00
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş video hazırlayıb.
2023-03-12 11:58:00
Ümummilli lider Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf etdiyini görsə, qürur duyardı.
2023-03-12 11:44:00
Heydər Əliyev bu gün Azərbaycanın hansı mövqedə olduğunu görsə idi çox xoşbəxt olardı. Bu onun arzusu idi.
2023-03-12 11:24:00
Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin inkişafına, Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirirəm.
2023-03-12 10:48:00
Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı.
2023-03-12 10:11:00
Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.
2023-03-12 09:46:00
Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir keçirilir.
2023-03-11 17:37:00
Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirəcək.
2023-03-11 17:35:00
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.
2023-03-11 16:47:00
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu başa çatıb.