“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişiklik edildi


Siyasət 07 Apr 2025 19:26:00 48 0

“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişiklik edildi

Prezident İlham Əliyev "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az xəbər verir ki, fərmana edilən əlavəyə əsasən, komissiya dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir.

İdarələrarası Komissiyanın sədri İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;

İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

İdarələrarası Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Katibliyin fəaliyyətinə nəzarət edir;

işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.

İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir. Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir.

Trampın qaydaları Çini özündən çıxardı like
  • 07 Apr 19:18  
Digərləri Trampın qaydaları Çini özündən çıxardı

Çin ABŞ ilə qlobal razılaşma planlarından imtina edib.

arrow Ətraflı
"Bəxtiyar Vahabzadəni şantaj etdim" like
  • 07 Apr 19:07  
Şou-biznes "Bəxtiyar Vahabzadəni şantaj etdim"

Xalq artisti Flora Kərimova Xalq şairi Bəxtiyar Vahabzadə ilə küsülülü

arrow Ətraflı
16 milyonluq səhifəsini bağladı like
  • 07 Apr 18:46  
Şou-biznes 16 milyonluq səhifəsini bağladı

Türkiyəli komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabı

arrow Ətraflı
Neçirvan Bərzani İlham Əliyevi təbrik edib like
  • 07 Apr 18:37  
Siyasət Neçirvan Bərzani İlham Əliyevi təbrik edib

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respubli

arrow Ətraflı
Sağlamlıq məhdudiyyətli uşaqların I sinfə qəbulu bu qaydada olacaq like
  • 07 Apr 18:35  
Digərləri Sağlamlıq məhdudiyyətli uşaqların I sinfə qəbulu bu qaydada olacaq

Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün w

arrow Ətraflı
Ədalət Vəliyevin cəzası BƏLLİ OLDU like
  • 07 Apr 18:27  
Kriminal Ədalət Vəliyevin cəzası BƏLLİ OLDU

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi

arrow Ətraflı
Bu metrostansiya "Dərnəgül"dən gələn qatarlara BAĞLANACAQ like
  • 07 Apr 18:16  
Digərləri Bu metrostansiya "Dərnəgül"dən gələn qatarlara BAĞLANACAQ

"Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək bir

arrow Ətraflı
Neçə nəfərin diplomu TANINMADI? like
  • 07 Apr 18:16  
Digərləri Neçə nəfərin diplomu TANINMADI?

Mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verilərə

arrow Ətraflı
Metroda digər sərnişinləri vecinə almadan kokain çəkdi like
  • 07 Apr 18:05  
Dünya Metroda digər sərnişinləri vecinə almadan kokain çəkdi

London metrosunda baş verən bir hadisə, ictimai nəqliyyatda artan cinayət n

arrow Ətraflı
Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu like
  • 07 Apr 17:58  
Digərləri Bu məhsullarının ölkəmizdə satışına qadağa qoyuldu

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbir

arrow Ətraflı
İnək 10 yaşlı uşağı öldürdü like
  • 07 Apr 17:45  
Digərləri İnək 10 yaşlı uşağı öldürdü

Türkiyənin Şanlıurfa şəhərində bədbəxt hadisə yaşanıb.

arrow Ətraflı
Hazırda 2 mülkündə 20 usta işləyir  VİDEO like
  • 07 Apr 17:34  
Şou-biznes Hazırda 2 mülkündə 20 usta işləyir VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Qonaqcanlı" verilişində qonaq olub.

arrow Ətraflı
"Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ like
  • 07 Apr 17:33  
Digərləri "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müşt�

arrow Ətraflı
“Sədərək” və “Binə” ticarət mərkəzləri cəzalandırıldı like
  • 07 Apr 17:23  
Digərləri “Sədərək” və “Binə” ticarət mərkəzləri cəzalandırıldı

Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Sədərək" və "Bin�

arrow Ətraflı