Siyasət

"Bu gün XankəndiXəlfəliTurşsu yolunda baş verən insident bir daha..."

2023-03-05 18:48:00

Bu gün Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə ehtiyac olduğunu təsdiqləyir.

Aİnin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir

2023-03-05 16:56:00

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

XİN: Ərazilərimizdən erməni silahlı qüvvələrinin

2023-03-05 15:13:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

MNdən sülhməramlıların komandanlığına:

2023-03-05 14:37:00

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Qarabağda erməni təxribatı: hər iki tərəfdən həlak olan və yaralananlar var

2023-03-05 14:17:00

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Ermənilər Qarabağda üç diversant itkisini

2023-03-05 13:53:00

Ermənilər Qarabağda üç diversant itkisini etiraf ediblər.

Qarabağda erməni təxribatı:

2023-03-05 13:36:00

Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatları məlum olub.

Kamaləddin Qafarov: “YAPın VII qurultayı partiya tarixində yeni mərhələdir”

2023-03-05 11:00:00

"YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Yeni Azərbaycan Partiyası ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Həmin tarixi qurultayda Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın yaradıcısı olan Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən daim yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Hamımız bilirik ki, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendumun nəticələri həmin vaxt Azərbaycan rəhbərliyi tərəfindən xalqın iradəsinə zidd olaraq saxtalaşdırılmışdı. Belə bir məqamda Ulu öndər yenə də böyük cəsarət, qətiyyət və iradə tələb edən addım ataraq Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan vermədi. Məhz bu qərar ölkəni öz müstəqilliyinə doğru aparan yolda atılan ən əhəmiyyətli, vacib addım oldu". 

Ceyhun Bayramov Qətərə yola düşüb

2023-03-05 10:30:00

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

“Ekoloji cinayətə son!”

2023-03-05 09:28:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 84 gündür davam edir.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib

2023-03-04 19:24:00

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Kamaləddin Qafarov: “ Heydər Əliyev milli dövlətçilik təfəkkürünü formalaşdırdı”

2023-03-04 16:40:00

"Ölkə Prezidenti  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev ili" elan olunması yaşadığımız bu ilə böyük önəm vermiş oldu. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da, ilk növbədə, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda, vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Ulu Öndər dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində  Heydər Əliyev demişdir: "Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqilliyinə nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir". Bu sözləri mətbuata müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.  

İlham Əliyev Umayra Tağıyevaya yüksək vəzifə verdi

2023-03-04 16:26:00

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

Azərbaycanın separatçı "OVU" BAŞLADI

2023-03-04 11:45:00

"Daha əvəllər də bildirmişdim ki, 2023-cü il Azərbaycanın Qarabağa qayıdış məsələsində kritik il olacaq, həm əhalimizin köçürülməsi baxımından, həm də ərazilərin erməni silahlılarından təmizlənməsi məsələsində".

"Orta Dəhliz TDTnin üzv ölkələrinə fayda gətirəcək" VİDEO FOTO

2023-03-04 10:17:00

Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) bütün üzv ölkələrinə fayda gətirəcək.

XankəndiLaçın yolunda keçirilən etiraz aksiyası davam edir

2023-03-04 08:27:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür davam edir.

Braziliyanın dövlət televiziyası Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini canlı yayımlayıb

2023-03-03 18:20:00

Braziliyanın dövlət televiziya və radio agentliyinin müxbir heyəti Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini işıqlandırıb.

Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Qoşulmama Hərəkatının dünyada rolu artır Sahil Kərimli

2023-03-03 17:40:00

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə növbəti dəfə Azərbaycandan dünyaya ciddi və əhəmiyyətli mesajlar verildi. Azərbaycan Qoşulmama hərəkatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Qoşulmama Hərəkatının dünya rolu artır.

Paşinyan müharibədən sonra İLK DƏFƏ ETİRAF ETDİ:

2023-03-03 17:31:00

"Nikol Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, hazırda mühim geosiyasi proseslər fonunda Ermənistan regional təhlükəsizliyi gücləndirmək üçün mühim çağırışlara cavab verməlidir".

Paşinyanın Qərbi Azərbaycan xofu

2023-03-03 16:46:00

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında (DGAP) "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı bir sıra maraq doğuran açıqlamalarla çıxış edib. Baş nazir ənənəsinə sadiq qalaraq yenə də tarixi saxtalaşdırmağa çalışaraq geniş auditoriya qarşısında yalanlar danışıb.

İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib

2023-03-03 15:58:00

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq

2023-03-03 15:55:00

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi

2023-03-03 15:53:00

Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siyasətin tam dəyişdiyini və "Fransa Afrikası" dövrünün başa çatdığını deyir. Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları ilk baxışdan maraqlı olsa da, mahiyyət etibarilə Parisin siyasətində ciddi dəyişlikliklərdən xəbər vermir. Paris bəşəriyyətə qarşı törətdiyi cinayətlərə, müstəmləkələrində milyonlarla insanı amansızcasına qətlə yetirdiyinə, xalqları və etnosları istismar etdiyinə görə üzr istəməli olsa da, tələsmir.

"Qarabağ münaqişəsi BMTnin daim diqqət mərkəzində olub"

2023-03-03 14:31:00

"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də BMT-nin 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-ə üzv qəbul olunması barədə qətnamə qəbul edildi. Bu qətnamədə BMT-nin bütün üzvləri yekdilliklə səs verdi. Qarabağ münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olub. Münaqişəyə dair Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Təhlükəsizlik Şurasının sədrinin yeddi bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Qarabağın Azərbaycana aid olması təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarında işğalçı qüvvələrin dərhal tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulmuş, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir".

Bu ölkələr İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib

2023-03-03 12:42:00

Avstraliya, Hindistan, ABŞ və Yaponiya Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib.

Azərbaycan Prezidenti Rumen Radevi təbrik edib

2023-03-03 11:02:00

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb?

2023-03-03 10:18:00

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Bakıda İran nümayəndəsinə “suallara cavab verin” tələbi Rusiyadan Tehrana “Azərbaycanla yola get” mesajı

2023-03-03 08:49:00

Politoloq: "İran rejiminin addımları artıq Rusiyanın regionda bir sıra strateji maraqları üçün ciddi əngələ çevrilib"

BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Bakı sammiti ilə bağlı paylaşım edib

2023-03-03 08:16:00

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü ilə bağlı paylaşım edib.

Paşinyan Qarabağı gündəmdən bu cür çıxarır

2023-03-03 07:11:00

Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusunu çıxarır. Dünən müxalifət fraksiyalarının iştirak etmədiyi növbəti hökumət saatında Qarabağla bağlı yalnız bir sual verilib.

ŞərqQərb qarşıdurması və Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən

2023-03-03 07:05:00

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə diqqətçəkən fikirlər səsləndirib.

Qoşulmama Hərəkatının iclası başa çatıb:

2023-03-02 21:53:00

Qoşulmama Hərəkatının iclası sona çatır. Bu gün burda iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm.