XİNdən Mirzoyanın əsassız iddialarına CAVAB


Siyasət 23 Mar 2025 09:20:00 87 0

XİNdən Mirzoyanın əsassız iddialarına CAVAB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın "Folha" qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında "Qlobal Cənubun" və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.

Son.az xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın "Folha" qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.

İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində "Qlobal Cənub" üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.

Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.

COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan Bakı COP-u həm təşkilatçılığın səviyyəsi, həm də danışıqların yekununda əldə olunmuş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir.

Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb. Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib.

Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də "Qlobal Cənub" ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq.

COP29 "Qlobal Cənubun" xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub.

COP29 sədrliyinin xüsusi səyləri nəticəsində əldə olunmuş bu uğurlar Bakı COP-unun nailiyyətlərinin yalnız bir qismidir.

Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır.

Ümidvarıq ki, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq.

UkraynaABŞ bu tarixdə yenidən görüşəcək like
  • 23 Mar 09:16  
Dünya UkraynaABŞ bu tarixdə yenidən görüşəcək

Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü martın 23-də Səudi

arrow Ətraflı
"Heç bir qadın bunları yaşamayıb"  Ayrıldığı həyat yoldaşından danışdı like
  • 23 Mar 09:05  
Şou-biznes "Heç bir qadın bunları yaşamayıb" Ayrıldığı həyat yoldaşından danışdı

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Do

arrow Ətraflı
Bakıdakı nəhəng yaşayış kompleksində 15 ildir niyə yaşayan yoxdur? like
  • 23 Mar 08:59  
Digərləri Bakıdakı nəhəng yaşayış kompleksində 15 ildir niyə yaşayan yoxdur?

4 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksinin tikintisi illər

arrow Ətraflı
"İndi kimin kürəyindən bıçaqlayacaqsan?"  Ərdoğan onu günahlandırdı like
  • 23 Mar 08:53  
Digərləri "İndi kimin kürəyindən bıçaqlayacaqsan?" Ərdoğan onu günahlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatın

arrow Ətraflı
Roma Papası evə buraxılacaq like
  • 23 Mar 08:52  
Dünya Roma Papası evə buraxılacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk martın 23-də xəstəxanadan e

arrow Ətraflı
Taksi sürücüsü işləmiş məşhurlar  FOTOLAR like
  • 23 Mar 08:46  
Digərləri Taksi sürücüsü işləmiş məşhurlar FOTOLAR

22 mart Beynəlxalq Taksi sürücüləri günüdür.

arrow Ətraflı
Atasını atıb gedən anasına parkda 8 bıçaq zərbəsi vurdu like
  • 23 Mar 08:39  
Kriminal Atasını atıb gedən anasına parkda 8 bıçaq zərbəsi vurdu

Göygöldə anasını bıçaqlayan 17 yaşlı oğlan barədə qərar açıqlanı

arrow Ətraflı
ABŞ bir gündə 1000 “qızıl viza” satdı like
  • 23 Mar 08:34  
Dünya ABŞ bir gündə 1000 “qızıl viza” satdı

ABŞ bir gündə min "qızıl viza" satıb və bundan 5 milyard dollar

arrow Ətraflı
"Öz ustadının yanında ayağını aşırıb ayağının üstünə" like
  • 23 Mar 08:31  
Şou-biznes "Öz ustadının yanında ayağını aşırıb ayağının üstünə"

"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, dava

arrow Ətraflı
20 milyonluq təzminat davasında qalib oldu like
  • 23 Mar 08:03  
Şou-biznes 20 milyonluq təzminat davasında qalib oldu

Amerikalı məşhur müğənni Meray Keri 1994-cü il tarixli hit mahnısı &q

arrow Ətraflı
Boğazda düyünlənmə hissi bu xəstəliklərin əlaməti ola bilər like
  • 23 Mar 07:07  
Digərləri Boğazda düyünlənmə hissi bu xəstəliklərin əlaməti ola bilər

Boğazda düyünlənmə hissi adətən qalxanabənzər vəzi ilə bağlı proble

arrow Ətraflı
Yarım saatlıq toy qiyməti 13 600 AZNdir like
  • 23 Mar 06:06  
Şou-biznes Yarım saatlıq toy qiyməti 13 600 AZNdir

Müğənni Adil Karaca toy qiymətini açıqlayıb. 

arrow Ətraflı
Bu qan qrupuna malik olanlar GEC QOCALIR like
  • 23 Mar 05:05  
Digərləri Bu qan qrupuna malik olanlar GEC QOCALIR

Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, B qan qrupu olan ş

arrow Ətraflı
Kişiyə deyilən bu 2 söz like
  • 23 Mar 04:04  
Digərləri Kişiyə deyilən bu 2 söz

Əgər bir kişi sizə ciddi münasibətə hazır olmadığını söyləyibsə,

arrow Ətraflı
Yaz immuniteti: Keçid dövründə sağlamlığı like
  • 23 Mar 03:03  
Digərləri Yaz immuniteti: Keçid dövründə sağlamlığı

Yazın gəlişi ilə bir çoxumuz immun sistemimizin zəifləməyə başladığ�

arrow Ətraflı