Xəbərlərin siyahısı
2023-01-07 13:11:00
Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.
2023-01-07 13:01:00
Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.
2023-01-07 13:00:00
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı Avtandilə xəsarət yetirib.
2023-01-07 12:51:00
Türkiyəli müğənni Berkay Şahinin başına iş gəlib.
2023-01-07 12:40:00
"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu da o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr N qədərdir. Valideynlər qızlarını pula satırlar. Və yaxud təhsildən yayınan qızlar çox erkən cinsi həyata başlayırlar".
2023-01-07 12:34:00
Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.
2023-01-07 12:31:00
Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.
2023-01-07 12:20:00
Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar. Bu üsulla onlar Marsda külək turbinlərinin yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyiblər.
2023-01-07 12:17:00
"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlverişli zaman idi. Sadəcə regional deyil, beynəlxalq siyasi proseslər fonunda da Ermənistan xalq və cəmiyyət olaraq bu zaman periodundan uduşlu çıxa bilərdi. Lakin Ermənistan yenə də dumanlı meşədə azdırılmağa göz yumdu".
2023-01-07 12:11:00
Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovanın həyat yoldaşından söz açıb.
2023-01-07 12:03:00
Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri üzrə İcra İdarəsinə yeni rəis təyinatı olub.
2023-01-07 12:00:00
Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında maraqlı faktları təqdim edir.
2023-01-07 11:52:00
Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.
2023-01-07 11:50:00
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
2023-01-07 11:45:00
İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
2023-01-07 11:39:00
"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sahili boyunca yaşayış məntəqələrini atəşə tutmağı dayandırmır".
2023-01-07 11:35:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
2023-01-07 11:28:00
Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məzarından görüntülər yayımlayıb.
2023-01-07 11:24:00
Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.
2023-01-07 11:21:00
Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.
2023-01-07 10:52:00
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
2023-01-07 10:45:00
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
2023-01-07 10:39:00
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
2023-01-07 10:23:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə yeni spiker seçə bilib.
2023-01-07 10:22:00
Müğənninin Nazənin Salayevanın plastik əməliyyatdan sonrakı görüntüsü günlərdir müzakirə obyektinə çevrilib.
2023-01-07 09:46:00
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
2023-01-07 09:26:00
Səhnəyə gəldiyi ilk gündən cəsarətli addımları ilə seçilən Xalq artisti Röya Ayxan yenə öz ampluasına sadiq qalıb.
2023-01-07 08:59:00
Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki bu xəstəliyin sağalmasında fiziki müalicənin tarixi uzun illərin müşahidlərinə əsaslanır. Bu müalicələrə aşağıdakılar aiddir: * Kəskin iltihab dövründə etitrop terapiya ilə yanaşı ağciyərin iltihab ocağı ətrafına UYT elektrik sahəsi tətbiq edilir. * Bədənin temperaturu normallaşdıqda və ya subfebril hərarət saxlandıqda 3-5 seans ultra bənövşəyi şüalanma təyin edilir. * Xəstəyə 6-8 seans induktotermiya aparılır. * Bronxial drenaj funksiyasını yaxşılaşdırmaq üçün 1-12 prosedur amplipulsterapiya tətbiq olunur. * Pnevmoniyanın uzun sürən gedişində həm zədələnmə nahiyyəsinə, həm də ağciyərlərin kökü və böyrəküstü nahiyyələrinə desimertli diapazonda elektromaqnit dalğaları tətbiq edilir. * Uzun sürən gedişli pnevmoniyada və qalıq əlamətlərini ləvğ etmək üçün qızdırıcı müalicə proseduraları (parafin, palçıq) tətbiq edilir. * Yarımremissiya dövründə və ya sağalma etapında distansion aeroionoterapiyadan (hər gün və ya günaşırı 10-15 terapiya) tətbiq edilir. * Pnevmoniyalı xəstələri temperaturu normallaşdıqdan 2-3 gün sonra xəstələrə müalicə bədən tərbiyəsi ilə məşğul olmağın faydası böyükdür. Bu zaman xəstənin döş qəfəsi divarının tənəffüs hərəkətliliyinin artmasına, plevral bitişmələrin dartılmasına kömək edən, qarın presini gücləndirən idman hərəkətlərindən istifadə edilir. * Pnevmoniya keçirən xəstələrə şəhər ətrafı meşə sahələrində kurort müalicəsi çox faydalı təsir göstərir.
2023-01-07 08:58:00
Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Kremldə keçirilən ayinlə qeyd edib.
2023-01-07 08:28:00
"Azərbaycan "Türk axını" təbii qaz layihəsində iştirakçı ola bilər".
2023-01-07 08:27:00
Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəsi qurmasının sirri və "Üçan xalça" nağılına inananlar...
2023-01-07 08:25:00
Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi halsızlıq, əzələ və oynaq ağrıları bir-neçə həftə və ya bir-neçə ay davam edə bilir. Xəstəliyin kəskinləşməsi zamanı isə aşağıdakı əlamətlər meydana çıxır: - hərarətin yüksəlməsi - üşütmə - limfopadenopatiya. Qazanlmış toksiplazmoz zamanı xəstələrin dərisində səpgilər meydana gəlir, dabanda, əlin içərisində, başın tüklü hissəsində səpgilərə rast gəlmək olmur. Ümumi yoluxucu xəstəlik əlamətləri ilə yanaşı müxtəlif üzvlərin yoluxmasının göstərən klinik mənzərə qeyd edilir. Yəni xəstələrdə miokardit, pnevmoniya, ocaqlı nekrotik nefrit, hepatit inkişaf edə bilir. Qazanılmış toksiplazmoz mərkəzi sinir sisteminin yoluxmasına səbəb olduqda meningit, ensefalit, meninqoensefalit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstələrdə ümumi beyin və meningial əlamətlər meydana çıxır ki, bu da parez, iflıc, tonik qıcolmalar, gözün hərəki pozulmaları və koordinator pozulmalar şəklində özünü biruzə verir. Bunlardan başqa xəstələrdə aşağıdakı patologiyalara da rast gəlinir: - şüur pozulmaları - letargiya - yaddaşın pozulması - məkan daxilində oriyentasiyanın itirilməsi - anemiya - lekositoz. Xəstəliyə diaqnozun qoyulmasında KT zamanı aşkarlanan abseslər, kalsinatlar, hidrosefaliyanın olması və qanın analizləri zamanı toksiplazmoz agentinin müəyyən olunmasının rolu böyükdür. Limfa düyünü və əzələnin bioptatında törədicinin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir. Müalicə xloridin və sulfadimezinin kompleks təyini ilə aparılır. Müalicə 5-10 gün aparılır, sonra 10 gün fasilə verilib yenidən 2 dəfə davam etdirilir.
2023-01-07 08:24:00
Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlaltıları bir müddət əvvəl keçənilki pravoslav bayramında bu barədə nə danışdılar? Görürəm ki, "yeni dron dəstələri" və aşpaz Putlerin səfərbər edilmiş qiymə ətini çatdırmağa vaxt yoxdur.
2023-01-07 08:23:00
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.
2023-01-07 08:22:00
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.
2023-01-07 08:21:00
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və digər orqanların absesləşməsi ilə müşayiət olunan infeksion xəstəlikdir. Xəstəliyi orqanizmə vegetativ və sistalar şəklində düşmüş amöblər törədir. Vegetativ formasında xəstəliyin əlamətlərini dezinfeksiyaedici maddələrlə aradan qaldırmaq olur. Amma sista şəklində olan amöblər ətraf mühitə davamlı olurlar və hətta suda 1 ay yaşamaq qabiıiyyətinə malikdirlər. İnfeksiyanın mənbəyi xəstəliyə tutlmuş və amöb daşıyan adamdır. MDB ölkələri arasında bu xəstəliyə ən çox Qafqaz və Orta Asiya ölkələrində daha çox rast gəlinir. İnfeksiya orqanizmə qida və su vasitəsilə daxil olur, mədə turşusunun təsirinə uğramır və yoğun bağırsaqda məskən salır. Amöblər bəzi hallarda bağırsaq divarında yaraların əmələ gəlməsinə səbəb olur. Bu yaralar əvvəlcə hiperemiyalaşır,sonra isə bağırsaq divarından qansızmalar baş verir. Qana qarışan infeksiya törədicisi qaraciyər, böyrəklər, beyin və digər orqanlara yayıla bilir. Yayıldığı orqanlarda amöb infeksiyaları xırsa irinli ocaqlar əmələ gətirir. Xəstəliyin inkubasiya dövrü 2 həftədən bir-neçə aya qədərdir. Amöb dizenteriyası gedişinə görə kəskin və xroniki olur. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir: - ishal - qarın bölgəsində ağrılar - bağırsaqda gücənmə - bağırsaqlarda spazm. Xəstənin qarnının palipasiyası zamanı qarında köpmə və qaraciyərdə az miqdar böyümə hiss olunur. Qaraciyərdə böyümə baş versə də, funksiyasında pozulmalar qeyd olunmur. Xəstələrdə subfebril qızdırma, ümumi gərginlik əlamətləri müşahidə edilir. Xəıstəliyə diaqnoz qoymaq üçün qanın və nəcisin analizinin nəticələri əsas götürülür.
2023-01-07 08:20:00
ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün "Leqembi" preparatının istifadəsinə sürətləndirilmiş icazə verib.
2023-01-07 08:18:00
Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağlı özünün feyk məlumatını ifşa edib.
2023-01-07 08:15:00
Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri buynuzlu heyvanlardan insana yoluxur. İnsan parazitə yoluxduqdan 2-3 ay sonra parazit bağırsaqlarda 150-170 minə yaxın sürfə qoyur. Yumurta ilə dolu proqlotittlər qopur və orqanizmdən xaric olunur. Orqanizmdə olan sürfələrin çoxu 9-12 ay ərzində məhv olur və toxumalarda duzlaşır, bəziləri isə bir-neçə il insanın bağırsağında yaşayır. Xəstəliyə ən çox qaramal kəsimi ilə məşğul olan adamlarda rast gəlinir. Teinanın (qurdun) daimi yaşayış yeri nazik bağırsaqlardır. Adətən insan xəstəliyə yoluxanda bağırsağında bir parazit olur. Teniarinxozda patoloji poroses qurdun sorucu aparatın və mübadilə məhsullarının bağırsaq divarını zədələməsi, reseptorların qıcıqlanması, onların toksiki təsiri, bağırsaq mənfəzində qida maddələrinin mənimsənilməsindən asılı olur. Teniarinxoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur: - mədə-bağırsaq pozğunluğu - arıqlama - anemiya. Qurd böyüdükcə hissələrlə qopur və bağırsaqdan xaric olur. Amma əsas hissəsi bağırsaqlarda illərlə qala bilir. Xəstəliyə hər yaş dövrlərində rast gəlinir. Xəstəliyin əsas xarakterik əlaməti gecələr düz bağırsaqdan teniya hissələrinin çıxmasıdır. Teniarinxoz insanlarda aşağıdakı əlamətlərllə xarakterizə edilir: - baş gicəllənməsi - zəiflik - ürəkbulanma - qarında gurultu və köp - iştahanın azalması və ya çox yemək - nevroloji əlamətlər - epilepsiya tutmaları. Diaqnoz kliniki əlamətlərə əsasən qoyulur. Müalicə həkimlər tərəfindən uzunmüddətli aparılır. Xəstələrə fenasal, akrixin, bitional təyin edilir. Ayıdöşəyi dəmləmsi və preparatının da müalicədə faydası böyükdür.
2023-01-07 08:14:00
Rusiya Balkanlarda Ukrayna müharibəsi üçün muzdlu əsgərlər toplayır.
2023-01-07 08:13:00
Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna (27 milyard ABŞ dolları) alıb. Bu məbləğin 410 milyard qrivnası (11,2 milyard dollar) ABŞ tərəfindən köçürülüb.
2023-01-07 08:12:00
Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidir. Artıq əminliklə deyə bilərik ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr sənədini imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyevlə müəyyən razılaşmaları olub. Sonradan Vaşinqton, Nyu York, Brüssel və Praqada keçirilən görüşlər zamanı bu razılaşmalar formalaşdırılıb. Soçidə isə İrəvan və Bakı Kremlə bildiriblər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Qarabağı öz müqəddəratını təyinetmə hüququ olmadan Azərbaycanın bir hissəsi hesab edir. Paşinyan həmişə olduğu kimi, bu biabırçılıqdan qurtulmağa çalışır. Laçın yolu ilə əlaqədar vəziyyətə heç bir aidiyyəti olmayan boş-boş bəyanatlar verir. Bağışlayın, cənab Paşinyan, siz artıq Qərb, Türkiyə və Azərbaycanla razılığa gəlmisiniz, bu bəyanatlar boşdur.
2023-01-07 08:10:00
2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə artıb.
2023-01-07 08:08:00
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta orta qlobal temperaturun artmasının 1,5 dərəcə Selsi aşağı salmağa nail olunduğu halda belə baş verəcək. "Science" elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb.
2023-01-07 08:05:00
Xəstəliyi onurğa beyni qanqleonlarında qalmış sulu çiçək virusu törədir. Çox vaxt bahar və payız ayları sporadik olaraq təsadüf edilir. Xəstəliyə ən çox 10 yaşından yuxarı şəxslərdə rast gəlinir. Xəstəliyin gizli dövrü 2-3 həftə çəkir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - üşütmə - qızdırma - sinir boyu ağrı - yara yerində göynəmə - yaranın sancması - qaşınma hissi - baş ağrıları. Xəstəliyin gizli dövrü başa çatdıqdan sonra dəridə 3-5 sm ölçüdə çəhrayı ləkələr əmələ gəlir. 1-2 gün ərzində ləkələrin mərkəzi içərisi şəffaf maye ilə dolu 0,1-0,3 sm böyüklükdə suluqcuqlara çevrilir. Suluqcuqlar eyni vaxtda meydana çıxsa da ləkələr 1-2 gün fasilə ilə əmələ gəldiyi üçün səpgi polimorf xarakter daşıyır. Zədələnmə ocaqlarında bir və ya bir-neçə suluq ola bilir. Onlar bir-birinə çox yaxın yerləşdikdə birləşir və zolaq əmələ gətirirlər. Xəstəlik irəlilədikcə möhtəviyyat bulanır, qırmızılılıq azalır, suluqcuqlar sanki sağlam dəri üzərində yerləşir. Suluqlar 6-8 günə quruyur, qabıqlanır və 3 həftə ərzində tökülərək yerində piqmentləşmiş dəri qalır. Xəstəlik zamanı sinirlərin zədələnməsi baş verdiyindən xəstələrdə suluq əmələ gələn nahiyələrdə ağrılar uzun müddət davam edir. Kəmərləyici herpes adından göründüyü kimi belin kəmər hissəsinə yaxın nahiyələrdə baş verir. Xəstəlik kəskin ağrılara səbəb olur. Ağrılar bəzən elə güclü olur ki, onu sakitləşdirmək çox çətin olur. Xəstəlik sağaldıqdan sonra suluqların yerində çapıq toxuma inkişaf edir.
2023-01-07 08:04:00
ABŞ Prezidenti Co Bayden yanvarın 16-20-də Davosda keçiriləcək Dünya İqtisadi Forumunun iclasında iştirak etməyəcək.
2023-01-07 08:03:00
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan "Turkiye"dən istifadə ediləcək.
2023-01-07 08:02:00
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda Azərbaycanın ekologiyasına ciddi zərər verilməsi və təbii sərvətlərimizin qanunsuz olaraq talanına qarşı etiraz aksiyası keçirirlər.
2023-01-07 08:01:00
Sakroileit onurğanın aşağı hissəsinin çanaq sümüyünə birləşən hissəsinin iltihablşmasıdır. Xəstəlik əsasən birləşdirici toxumanın sistem xəstəlikləri zamanı meydana çıxır. Bəzi hallarda sakroileitin əmələ gəlməsinə baş verən travmalar, revmatik xəstəliklər də da səbəb ola bilir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir: - həmin bölgədə şiddətli ağrılar - hərəkətin azalması - temperatur - səbəbsiz əmələ gələn dəri xəstəlikləri - səbəbsiz baş verən ishal. Xəstəliyin ilk günlərindən kəskin ağrılar xəstəni incitməyə başlayır. Bəzən sakroileiti radikulit xəstəliyi ilə səhv salırlar. Xəstədən anamnezin diqqətlə toplanılması, diaqnozun düzgün qoyulmasında böyük rol oynayır. Belə ki, sakroileit bir çox hallarda spontan iltihablı revmatzm, vərəm və brüselyoz xəstəliklərindən sonra baş verir. Bəzən isə xron xəstəliyi, infeksion xəstəliklər, kolit səbəbindən də xəstəlik baş verə bilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 5 növü var: 1. Normal. 2. Şübhəli. 3. Minimal sakroileit. 4. Orta dərəcə sakroileit. 5. Ankiloz. Xəstəlik əmələ gəlmə səbəbinə görə birincili və ikincili ola bilir. Birincili sakroileit zamanı xəstəlik çanaqda baş verən patologiya səbəbindən meydana çıxır. İkincili sakroilet isə immun sistemdə baş verən patologiyalar zamanı birləşdirici toxumanın xəstəlikləri və revmatizm xəstəlikləri zamanı meydana çıxır. Xəstəliyə diaqnozun qoyulmasında rentgen müayinənin və toplanılan anamnezin nəticələri mühüm rol oynayır. Sakroileitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir: - fizioterpevtik müalicə üsulu - dərman müalicəsi - fiziki və psixoloji istirahət. Sakroileit zamanı xəstələrdə şiddətli ağrıların olmasına baxmayaraq xəstəlik həyat üçün təhlükəli hesab edilmir. Lakin bel nahiyyədə baş verən ağrılar digər orqanlara da sirayət etdiyindən hərəkət məhdudluğu meydana çıxır. Xəstəliyin müalicəsi zamanı orqanizmdə baş verən digər xəstəliklərin də müalicə olunmağı tələb olunur. Xəstəlik vaxtında və düzgün müalicə olunmasa ağırlaşmalar baş verir. Belə ki, xəstəlik müalicə olnmadıqda əlilliyə səbəb ola bilir.
2023-01-07 08:00:00
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.