ABŞ və Ukrayna arasında KRİTİK danışıq FOTO
Dünya 11 Mar 2025 17:24:00 71 0
ABŞ və Ukrayna arasında mühüm diplomatik danışıqlar Səudiyyə Ərəbistanında başlayıb.
Bu xəbəri də oxu: Neft tankeri ilə yük gəmisi toqquşdu
Son.az xəbər verir ki, görüş prezident Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə baş verən mübahisədən sonra bərpa edilən qiymətli minerallar sazişi ilə bağlı aparılır.
Fevralın 28-də Vaşinqtonda yaranan gərginlikdən sonra ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə bir araya gəliblər. Danışıqların əsas mövzusu Ukraynanın nadir torpaq elementlərinin ABŞ-a çıxışı və bunun əvəzində hərbi dəstəyin davam etdirilməsidir.
ABŞ prezidenti Tramp bildirib ki, Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyətlər demək olar ki, aradan qaldırılıb. CIA direktoru Con Ratkliff isə vurğulayıb ki, bu qərar Zelenskinin Rusiya ilə sülh danışıqlarına başlamasını təmin etmək üçün verilib.
Ağ Evdəki görüş zamanı Tramp Zelenskiyə "Siz III Dünya Müharibəsi riski ilə oynayırsınız" deyərək sərt reaksiya verib. Nəticədə Zelenski ABŞ-dan istədiyi sazişi imzalamadan ayrılmaq məcburiyyətində qalıb. Lakin Ciddədə keçirilən danışıqlarda bu müqavilənin təsdiqlənəcəyi gözlənilir.
Ukrayna nadir torpaq elementləri baxımından Avropanın ən böyük ehtiyatlarına sahibdir. Bu resurslar külək turbinlərindən tutmuş nüvə texnologiyasına qədər müxtəlif sahələrdə istifadə olunur. Ukraynanın mineral ehtiyatlarının ümumi dəyərinin 15 trilyon dolları keçdiyi bildirilir.
Ciddədə keçirilən danışıqlara Ukrayna tərəfindən Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov qatılır. ABŞ nümayəndə heyətinə isə xarici işlər naziri Marko Rubio rəhbərlik edir.
Səudiyyə Ərəbistanı son vaxtlar ABŞ, Ukrayna və Rusiya arasında diplomatik görüşlər üçün önəmli bir platformaya çevrilib. Ciddədə keçirilən danışıqların sülh prosesinə nə qədər təsir edəcəyi isə yaxın günlərdə məlum olacaq.
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların bayram günləri üçü

Türkiyəli aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.

Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb

Astroloqlar xarakteri ən dəyişkən olan bürcü müəyyən ediblər. Mütəx�

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanl�

"Sevinirəm ki, oğlum var. Qız lazım deyil, elə oğullar yaxşıdır. T

Abşeron rayonu, Məmmədli kəndində yerləşən "Lukoyl" yanacaqdol

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində t�

Filippinin sabiq prezidenti, 2016-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş

Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəs

Azərbaycan Dövlət Miqrasiya Xidməti 2011-ci il 10 oktyabr tarixli 01 nömr

Ərdəbildə şəxsi mənzillərdən birində bayram şənliklərində istifadə

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən M
