Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır: savaş apreldə başlaya bilər


Siyasət 11 Mar 2025 17:54:00 76 0

Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır: savaş apreldə başlaya bilər

Ermənistanın baş naziri Nikol Paşinnyanın və onun administrasiyasının mənsublarının xarici auditoriyaya yönəlmiş "sülhə hazırlıq"la bağlı açıqlamalarına rəğmən, İrəvan Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

Rəsmi İrəvanın son addımlarının məntiqi, revanşist əhval-ruhiyyə ilə silahlanmış və intensiv şəkildə hərbiləşməyə çalışan Ermənistanın bölgədə yeni bir müharibəyə zəmin yaratdığına açıq işarə edir.

Son.az Caliber.az-a istinadən bildirir ki, bu dəfə Ermənistan yeni qarşıdurmaya hazırlıqlarını heç gizlətməyə də çalışmır - belə ki, ötən həftə hökumət iclasında ölkədə növbəti ehtiyatda olanların toplanışının 1 aprel - 13 iyun tarixlərində keçiriləcəyi elan edildi.

Diqqət çəkən məqam budur ki, bu toplanışlar rekord həddə - düz on həftə davam edəcək ki, bu da adi hazırlıq müddətlərini əhəmiyyətli dərəcədə üstələyir. Üstəlik, Caliber.Az redaksiyasına etibarlı mənbələrdən daxil olan məlumata görə, İrəvan apreldə müharibə başlamağı planlaşdırır. Toplanan faktlar və məlumatlar Ermənistanın sərhəddə təxribat xarakterli hərəkətlərə ciddi şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya riskini son dərəcə real edir.

Qeyd edək ki, Ermənistanın hərbi planlaşdırmasında "ildırım sürətli müharibə" ("blitskriq") - yəni şərti sərhəd boyu yaşayış məntəqələrinin ildırımsürətli işğalı konsepsiyası nəzərdən keçirilir. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlaşdığına dair dəlillər xüsusilə aşkar olub.

Gərginliyin artmasında xüsusi rol Avropa İttifaqının (Aİ) rəsmi olaraq "müşahidəçi" kimi təqdim edilən missiyasına (EUMA) məxsusdur. Lakin bu missiyanın fəaliyyəti tamam fərqli məqamları üzə çıxarır. Sərhəd boyunca, xüsusən də potensial toqquşma bölgələrində kəşfiyyat fəaliyyəti gücləndirilib. Avropalı "müşahidəçi" qrupları sistematik şəkildə əraziləri öyrənir, həssas nöqtələri müəyyənləşdirir və Azərbaycan ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq, monitorinq adı altında bu missiya Ermənistanın hərbi komandanlığına məlumat ötürməklə neytrallıq prinsiplərini kobud şəkildə pozur.

Bu cür fəaliyyətlər Ermənistanın hərbiləşməsinə dair digər narahatedici əlamətlərlə üst-üstə düşür. Ermənistanın aqressiyaya hazırlaşmasının ən açıq əlamətlərindən biri isə Azərbaycanla şərti sərhəd boyunca on möhkəmləndirilmiş hərbi mövqenin inşası olub. Bu mövqelər nəinki müdafiə üçün nəzərdə tutulub, əksinə, hücum üçün əlverişli dayaq məntəqələrini təşkil edir. Onların yerləşdiyi ərazilər strateji bölgələr üzərində atəş nəzarətini təmin edəcək şəkildə hesablanıb ki, bu da sərhəd bölgələrinin təhlükəsizliyini ciddi təhdid edir. Eyni zamanda, bu mövqelərin hamısı bir-biri ilə tunel sistemi vasitəsilə birləşdirilib ki, bu da Ermənistanın diversiya qruplarının Azərbaycana qarşı təxribatlar həyata keçirməsi üçün əlverişli imkan yaradır.

Ermənistan yeni reallıq yaratmaq məqsədilə güc tətbiqi ilə təxribat törətməyə məqsədyönlü şəkildə hazırlaşır və bu reallığı sonra baş verən hadisə kimi təqdim etməyə çalışacaq. Bu planın mahiyyəti ondan ibarətdir ki, sərhəddəki vəziyyətin qəfil dəyişməsi Azərbaycanı yaranmış nəticələrə reaksiya verməyə məcbur etsin və bununla da erməni təcavüzü ört-basdır edilsin.

Bu cür planların həyata keçirilməsi ciddi resurslar tələb edir. Son iki il ərzində Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq Fransa və Hindistandan milyardlarla dollar dəyərində silah əldə edib. Xüsusilə ötən ilin payızında məlum oldu ki, Hindistan Ermənistana özünün ilk "Akash" zenit-raket batareyasını göndərir. New Indian Express nəşri "Bharat Electronics Limited" şirkətinə istinad edərək xatırlatdı ki, 2022-ci ildə Ermənistan Hindistandan təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 "Akash" raket sistemi almaq üçün müqavilə imzalayıb və bu sistemi alan ilk xarici ölkə olub. Qeyd edilib ki, "Akash" sistemi 25 km məsafədə qırıcı təyyarələri, qanadlı raketləri, "hava-yer" raketlərini, pilotsuz uçuş aparatlarını və digər hava vasitələrini məhv edə bilən "yer-hava" tipli raket kompleksidir.

Fransa isə regionda öz maraqlarını irəlilətmək üçün Ermənistanı aktiv şəkildə hava hücumundan müdafiə vasitələri, artilleriya və zirehli texnika ilə təmin edir. Belə ki, Ermənistana müasir Fransız istehsalı olan 155 mm-lik CAESAR özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, eləcə də tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketlər göndərilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 tipli "hava-hava" raketlərinin onlarla partiyasını, 30 ədəd ERYX tank əleyhinə raketini, Almaniya istehsalı olan DM32 (həmçinin "bunkerfaust" kimi tanınır) qumbaraatanlarını və "Panzerfaust 3" tank əleyhinə sistemlərini əldə edib. Üstəlik, Ermənistan silahlı qüvvələrinə təxminən 500 ədəd Fransız istehsalı olan birdəfəlik Apilas tipli əl raket qurğusu və 50 ədəd Amerika istehsalı BGM71-TOW tank əleyhinə raket kompleksi təhvil verilib.

Aİ də öz rolunu oynayır və Ermənistanın hərbiləşməsinə birbaşa və ya dolayısı ilə yönələn maliyyə tranşları, o cümlədən Avropa Sülh Fondu vasitəsilə ayrılan vəsaitlər bu prosesdə mühüm yer tutur.

Bu, Ermənistanın bəyan etdiyi "müdafiə strategiyası" ilə heç bir halda uyğun gəlməyən misli görünməmiş silahlanma miqyasını nümayiş etdirir. Bütün bu addımlar açıq şəkildə aqressiyaya hazırlığın göstəricisidir.

Ermənistanın hərbi infrastrukturunun daha bir mühüm elementi Lori vilayətinin Xarkop kəndində yunan tərəfinin fəal dəstəyi ilə tikintisi başa çatmaq üzrə olan körpüdür. Bu, mühüm logistik obyekt olaraq qoşunların və texnikanın döyüş bölgəsinə sürətli şəkildə daşınmasına imkan verəcək. Beləliklə, sərhəddə qısa müddət ərzində qüvvələrin kəskin şəkildə artırılması üçün şərait yaradılır ki, bu da qəfil hücum ssenarisi üçün kritik əhəmiyyət daşıyır.

Sadalanan bütün faktlar yeni münaqişə eskalasiyasına yönəlmiş vahid strateji planın mövcudluğunu açıq şəkildə təsdiqləyir. Bu vəziyyətdə mümkün döyüş əməliyyatlarının yenidən başlanmasına görə bütün məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, lakin hər hansı güc yolu ilə ssenariyə cəhdlər dərhal qarşısı alınacaq. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün yetərli imkanlara malikdir.

Ermənistan rəhbərliyi yeni hərbi təxribat planlaşdırmaqla səhv hesablamalara yol verir, lakin bu addımlar elə Ermənistanın özü üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. 

"Dəmir Yumruq" yerindədir və ölkəmizə qarşı hər hansı avantüra sərt və ildırımsürətli cavabla qarşılanacaq, bundan sonra İrəvan yenidən aman diləmək məcburiyyətində qalacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ ki, düşünmək üçün vaxtı var. Əks halda, İrəvanda olan bütün tikinti texnikası "Yerablur"a yönəldiləcək. Nə üçün? Yeni "200 yükü" karvanları üçün yer genişləndirmək məqsədilə.

Kamera və Orqan Musiqi zalında Qadınlara həsr olunmuş konsert keçirilib  FOTO like
  • 11 Mar 17:50  
Kriminal Kamera və Orqan Musiqi zalında Qadınlara həsr olunmuş konsert keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Azərbaycanda bu şirkətlər ləğv olundu like
  • 11 Mar 17:48  
Digərləri Azərbaycanda bu şirkətlər ləğv olundu

Azərbaycanda bir neçə şirkət maliyyə vəziyyətlərinə görə ləğv olun

arrow Ətraflı
"Necə böyük at, qılınc oynadanlar gördük" like
  • 11 Mar 17:45  
Şou-biznes "Necə böyük at, qılınc oynadanlar gördük"

Aparıcı Xoşqədəm Hidayətqızı sosial veriliş aparan həmkarlarını tən

arrow Ətraflı
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU like
  • 11 Mar 17:39  
Kriminal Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU

Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin tərkibində 56 böyrək sat

arrow Ətraflı
ABŞ və Ukrayna arasında KRİTİK danışıq  FOTO like
  • 11 Mar 17:24  
Dünya ABŞ və Ukrayna arasında KRİTİK danışıq FOTO

ABŞ və Ukrayna arasında mühüm diplomatik danışıqlar Səudiyyə Ərəbist

arrow Ətraflı
Özbəkistanda güclü partlayış: like
  • 11 Mar 17:23  
Dünya Özbəkistanda güclü partlayış:

Özbəkistanda "Navoiazot" adlı böyük kimya zavodunda güclü partl

arrow Ətraflı
BakıSumqayıt qatarları bayramda hansı qrafiklə çalışacaq? like
  • 11 Mar 17:20  
Digərləri BakıSumqayıt qatarları bayramda hansı qrafiklə çalışacaq?

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların bayram günləri üçü

arrow Ətraflı
"Bu dərmanlar bədənimdə qəribə şeylər yaradır" like
  • 11 Mar 16:54  
Şou-biznes "Bu dərmanlar bədənimdə qəribə şeylər yaradır"

Türkiyəli aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.

arrow Ətraflı
Fueqo vulkanı püskürdü: 30 min insan TƏHLÜKƏDƏ like
  • 11 Mar 16:48  
Dünya Fueqo vulkanı püskürdü: 30 min insan TƏHLÜKƏDƏ

Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb

arrow Ətraflı
Ən xaraktersiz tək BÜRC like
  • 11 Mar 16:26  
Digərləri Ən xaraktersiz tək BÜRC

Astroloqlar xarakteri ən dəyişkən olan bürcü müəyyən ediblər. Mütəx�

arrow Ətraflı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər like
  • 11 Mar 16:24  
Kriminal İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanl�

arrow Ətraflı
"Hətta bir qıza üzük də taxdıq, bilirdim ki, o deyil..." like
  • 11 Mar 16:15  
Şou-biznes "Hətta bir qıza üzük də taxdıq, bilirdim ki, o deyil..."

"Sevinirəm ki, oğlum var. Qız lazım deyil, elə oğullar yaxşıdır. T

arrow Ətraflı
"Lukoyl"da 62 litrlik çənə 63 litr yanacaq vurulub? like
  • 11 Mar 16:13  
Digərləri "Lukoyl"da 62 litrlik çənə 63 litr yanacaq vurulub?

Abşeron rayonu, Məmmədli kəndində yerləşən "Lukoyl" yanacaqdol

arrow Ətraflı
Qarayazı qoruğunda yanğın oldu like
  • 11 Mar 16:06  
Digərləri Qarayazı qoruğunda yanğın oldu

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: sabah bu küçə bağlı olacaq like
  • 11 Mar 16:02  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: sabah bu küçə bağlı olacaq

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində t�

arrow Ətraflı