Xəbərlərin siyahısı
2022-12-29 13:14:00
Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art House" qalereyasında "Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət" adlı sərginin açılışı olub, bu barədə Trend Life məlumat verib.
2022-12-29 13:11:00
Fransa 2023-cü ildə də Ukraynaya dəstəyini davam etdirəcək.
2022-12-29 13:00:00
Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 16-ci məhəllədəki binada yaşayan 5 ailə tikinti şirkəti ilə razılığa gələ bilmir.
2022-12-29 12:52:00
"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirirlər və qisas almağa əl atırlar. Amma artıq döyüş əməliyyatları apara bilməyəcəklər, çünki Rusiya özünü məhv etmək yoluna düşüb".
2022-12-29 12:49:00
Rusiya və Türkiyə qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıb.
2022-12-29 12:45:00
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2022-12-29 12:38:00
Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də, təəssüf ki, yenə də erkən nikahlara rast gəlinir.
2022-12-29 12:31:00
Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
2022-12-29 12:27:00
"Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 "Şahed-136" pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib. Həmin PUA-lardan 11-i məhv edilib".
2022-12-29 12:26:00
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməyib.
2022-12-29 12:24:00
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.
2022-12-29 12:16:00
Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Zeynəb Xanlarova haqda maraqlı faktları təqdim edir.
2022-12-29 11:54:00
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
2022-12-29 11:46:00
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
2022-12-29 11:43:00
Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tutub.
2022-12-29 11:32:00
Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəbi ilə Qryaz kəndindəki villanı satmaqdan vaz keçiblər.
2022-12-29 11:24:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
2022-12-29 11:23:00
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycan üçün əsas strateji prioritetlərini saxlamaq niyyətindədir.
2022-12-29 11:21:00
Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında maraqları olan qüvvələr var. Aydındır ki, kütləvi kampaniya gedir. Gələcək üçün, üçlü bəyanatın ideya və mənaları uğrunda mübarizə gedir. Hesab edirəm ki, Moskva bu halda öz milli maraqlarını və sağlam praqmatizmini rəhbər tutmalıdır.
2022-12-29 11:17:00
Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı keçirilən aksiyaları 16 gündür ki, davam edir. Tələb və hədəf də bəllidir - ekoloji soyqırıma son qoyulsun və beynəlxalq qanunlara uyğun olaraq həmin ərazilərdə Azərbaycan qanunları işləsin. Lakin on səkkiz gündür ki, səslənən tələblər yerinə yetirilmir və bu səbəbdən də dinc aksiyalar davam edir. Maraqlıdır ki, tələblər sırasında sülhməramlıların rəhbəri ilə görüş olsa da, qarşı tərəf buna hər hansı bir reaksiya vermir. Halbuki ermənilər aksiya keçirən kimi dərhal sülhməramlıların rəhbəri general Volkov onlarla görüşə tələsir.
2022-12-29 11:10:00
"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə paylaşımı ilə diqqət çəkib.
2022-12-29 10:59:00
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.
2022-12-29 10:48:00
Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.
2022-12-29 10:39:00
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqı yekunlaşdırıb.
2022-12-29 10:26:00
Sonuncu dəfə "İçimizdeki ateş" serialında rol alan türkiyəli aktrisa İpək Filiz Yazıcıyla musiqiçi həyat yoldaşı Ufuk Beydemirin toylarına xərclədiyi məbləğ bəlli olub.
2022-12-29 09:59:00
Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on səkkizinci günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
2022-12-29 09:53:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
2022-12-29 08:59:00
İnsan orqanizmində bəzi patoloji dəyişikliklərin baş verdiyi zaman və ya zaman öncəsi keçirdiyi narahatçılıqlardan biri halsızlıqdır. Halsızlıq adətən uzun müddət istirahətsiz çalışmaqdan, keyfiyyətsiz qidalanmadan, az qidalanmadan, orqanizmə daxil olan virus və bakteriyaların törətdiyi xəstəliklərdən baş verir. Bəzi həssas adamlarda isə fəsillərin dəyişdiyi zamanlarda da halsızlıq baş verir. Bəs belə zamanlarda nə etməli? Belə zamanlarda insan orqanizminin diqqət və qulluğa ehtiyacı olur. Çünki, halsızlığın səbəbi tapılıb aradan qaldırılmazsa orqanizm bu vəziyyətə öyrəşir, bu hal onun üçün adiləşir. İnsanın bu halı qəbul etməsi isə onun gündəlik iş həyatına mənfi təsir edir, iş qabiliyyətini azaldır. Halsız adamın gördüyü işin isə keyfiyyəti də aşağı olur. Halsızlıq insanlarda daima narahatçılıq, depressiv hallar, özünə qapanma kimi psixoloji vəziyyətlərə də səbəb ola bilir. Buna görə də özünündə halsızlıq hiss etdikdə mütləq səbəbini araşdırmaq lazımdır. Həkim əgər sizdə hansısa xəstəliyin olduğunu desə, həmin xəstəliyə qarşı tədbirlər görülən zaman halsızlıq əlaməti aradan götürüləcək. Mövsüm dəyişiklikliyi ilə əlaqədar baş verən halsızlığı vitamin və minerallarla aradan qaldırmaq mümkündür. Halsızlığı aradan götürmək üçün sağlam qida ilə qidalanmalı, istirahətə vaxt ayırmalı, psixoloji vəziyyətinizi isə nəzarət altında saxlamalısınız.
2022-12-29 08:58:00
Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.
2022-12-29 08:55:00
Daun sundromu uşağın 46 xromosom yerinə 47 xromosoma sahib olması deməkdir. Bu bir xəstəlik deyil, sadəcə olaraq uşağın digər sağlam uşaqlardan genetik fərqli olmasıdır. İnsan bədənində olan hüceyrələrin nüvələri xromosomlarla bir-birinə bağlanan genlərdən əmələ gəlmişdir. Bu xromosomlar və genlər insanın əmələ gəlməsində rol oynayan əsas ünsürdür. Əgər xromosomların insan bədənində sayı normada olarsa insanın özü də normal olur. Yox əgər xromosomların sayında fərqlilik varsa dünyaya göz açan uşaqda da fərqlilik və ya normal uşaqlarda olmayan xəstəliklərdən biri baş verir. Hamilə qadında xromosom sayı normada olmayanda adətən döl inkişafdan qalır. Daun sindromu yeganə irsi xromosom anormallığıdır ki, hamiləlik axıra qədər davam edir və fərqli bir uşaq dünyaya gəlir. Daun sindromlu uşağın dünyaya gəlməsində ata-ana səbəkar sayılmır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı baş verən heç bir hadisə Daun sindromlu uşağın dünyaya gəlməsinə səsəb deyil. Bu sarı saç və ya mavi göz kimi fərqli bir xüsusiyyətdir. Daun sindromlu uşaqlar digər həmyaşıdları kimi fərdi xasiyyətə, bacarığa və düşüncələrə sahibdirlər. Belə uşaqlar ana-ata, bacı və qardaşlarıyla bir yerdə olmaq, başqa uşaqlarla oynamaq, gülmək istəyirlər. Daun sindromlu uşağın həyatda formalaşmasında çevrə və öyrənmə faktorunun rolu böyükdür. Dünyanın bütün ölkələrində Daun sindromlu uşaqlara rast gəlinir. Dünya yaranandan bəri belə uşaqlar olub və olmaqdadır.
2022-12-29 08:53:00
Türkiyəli müğənni Simge Sağının illik konsertlərinin sayı və qazancı gündəm olub.
2022-12-29 08:52:00
İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.
2022-12-29 08:51:00
Hansısa bir dərmanın və maddənin insanın özünə və ya başqalarına zərər verəcək miqdarda orqanizmə daxil edilməsi insanda həmin maddəyə qarşı həssasləq yaradır . İstfadə edilən maddələr arasında narkotiklər, spirtli içkilər, yuxu dərmanları, sakitləşdiricilər, psixatrik dərmanların da rolu var. Həmin maddənin dəfələrlə qəbulu isə ondan asılılığa gətirib çıxarır. Belə maddələrə amfetaminlər, barbituratlar, benzodiazepinlər və s. aiddir. Bu maddələrin həddindən artıq qəbulu insanların psixologiyalarının pozulmasına səbəb olur. Dərman qəbul edən şəxslərdə xəyal görmə, yaddaşın itməsi, cinci və yuxu pozğunluqları, fiziki pozğunluqlar baş verir. İnsanların çoxu narkomanların nədən bu hala düşdüyünü qınayır , onlrı ağılsız və ya iradələrinin zəif olduğunu düşünürlər. Halbu ki, beyində dəyişiklik pozğunluğu yaradan bu maddələrdən əl çəkmək yalnz iradə gücündən asılı deyil. Narkotiklərə başlamaqda və ya əksinə ondan əl çəkmək istəməkdə bioloji genetik faktorların və çevrənin də təsiri çox güclüdür. Narkotiklərdən çox istifadə edən ölkələrdə adətən cinayətlərin də sayı artmış olur. Bəzi ölkələr də vardır ki, onlarda spirt, psixotrop dərmanlar onu qəbul edən şəxslərdə asılılıq yaradır. Zərərverici maddələrdən azad olmaq üçün bir çox müalicə usullarından istifadə edilir. Amma zərərli maddələrin insan orqanizminə vurduğu ziyanları aradan qaldırmaq olmur. Müalicələrin məqsədi xəstəni asılılıqdan qurtarmaq olur. Ən yaxşı müalicə dərman müalicəsi ilə birlikdə posixoterapevtin birlikdə təyin etdiyi müalicə sayılır.
2022-12-29 08:50:00
Nigeriyanın cənubundakı liman şəhəri Kalabarda keçirilən məşhur karnaval zamanı sürücünün avtomobili baykerlərin üstünə sürməsi nəticəsində azı 14 nəfər ölüb, daha 24 nəfər yaralanıb.
2022-12-29 08:48:00
Perunun cənubunda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
2022-12-29 08:46:00
Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxtalanmasının pozulması, şişlər zamanı baş verir. Klinikası: Xəstəlik kürəkdə kəskin ağrı (xəncər zərbəsi), intensiv kökcük ağrıları, paresteziyalarla başlanır. Paresteziyalar ayağa və onurğaya elektrik cərəyanı zərbəsini xatırladır. Paravertebral əzələlərin gərginliyi inkişaf edir, baldırın bükücü əzələlərinin tonusu artır. Tezliklə hərarət yüksəlir, müayinə zamanı onurğa mayesində qan aşkar edilir. Subaraxnoidal boşluğa axan qan, tezliklə kəllə boşluğuna keçir, kökcük ağrılarına ürəkbulanma, qusma qoşulur. Əgər subaraxnoidal qansızma hematomieliya ilə birgə müşahidə edilmirsə, onurğa beynin zədələnmə əlamətləri spinal insultun bu formasının ilk günlər və ya ilk həftəsində geriyə inkişaf edir. Kəllə boşluğuna axan qan qıcolmalara, gözü hərəkətə gətirən sinirlərin funksiya pozulmalarına, göz dibində durğunluğa səbəb olursa, spinal subaraxnoidal qansızmaların diaqnozu çətinləşir. Diaqnostika: Xəstəliyə diaqnoz qoymaq üçün həkimin diqqətli omağı vacibdir. Spinal subaraxnoidal qansızmaların dəqiq diaqnozu selektiv angioqrafiya vasitəsilə dəqiqləşdirilir.
2022-12-29 08:43:00
Rusiyanın İrkutsk şəhərində fərdi ikimərtəbəli evdə yanğın olub.
2022-12-29 08:28:00
"İslam inqilabının düşmənləri öz məqsədlərinə çatmayacaq və yalanlar yaymaqla İran xalqı arasında nifaq yarada bilməyəcəklər".
2022-12-29 08:25:00
Soyuğun təsirindən orqanizmin toxumalarını zədələnməsi deməkdir. Səbəbləri: Orqanizmin məhdud nahiyəsinə aşağı temperaturun təsiri ilə izah olunur. Donma soyuq havanın, buzun, donmuş əşyaların təsirindən baş verə bilər. Donma çox vaxt aşağı temperaturun soyuq küləklə bir yerdə, havanın rütubəti çox olduqda baş verir. Zəif, avitaminozlu orqanizm daha çox donmaya məruz qalır. İçkili insanlar da aşağı temperaturu hiss etmədikləri üçün daha çox donmaya düçar olurlar. Donma orqnizmin geyim dəyməyən yerlərində - əl və ayaq barmaqlarında, burun, qulaqlar, dodaqlarda baş verir. Dar ayaqqabı və dar paltar qan dövranını pozur və donmaya səbəb olur. Əlamətləri Donmanın əlamətləri dərhal əmələ gəlmir. Soyuqdan dəri solğunlaşır və həsaslıq itir. Əsas simptomları insan isti otağa gəldikdə təzahür olur. Ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir: I dərəcə - isindikdən sonra dəri şişir, məxməri rəng alır, zərərçəkən nahiyə ağrıyır, keyiyir, oynaqlarda əzginlik, ağrı olur. II dərəcədə 1-2 gün sonra dəridə qovuqlar əmələ gəlir, içəriləri sarımtraq maye ilə dolu olur, qovuqlar açıldıqdan sonra yerində ağrılı yaralar olur. Onlar 2-3 həftədən sonra sağalır. III dərəcədə toxumaların nekrozu baş verir. Dəri tünd məxməri göyümtül rəng alır. Ölmüş toxumalarla sağlam toxuma arasında aydın sərhəd görünür. İçi qanla dolu qovuqlar əmələ gəlir. Tədricən ölmüş toxumalar qopur, yerində yaralar əmələ gəlir. Onlar 1-3 aydan sonra tamamilə sağalır. IV dərəcədə toxumalar sümüklərə qədər sıradan çıxır. Tədricən ölmüş toxumalar mumiyalaşır və qopur. Siz nə edə bilərsiniz Travmatoloji məntəqəyə xəstəni çatdırmamışdan qabaq ona ilk yardım göstərin. Ilk növbədə zərərçəkəni isti otağa gətirin, ona isti çay, bal ilə və ya isti süd verin. Əlləri və ayaqları dərhal qaynar suya salmaq olmaz, bu daha böyük zədəyə səbəb ola bilər. Zərər çəkən nahiyəyə 37 dərəcə C- yə qədər isti vanna edin, həmin nahiyəni spirtlə silin. Həkim nə edə bilər: I, II dərəcələrdə əməliyyatsız keçinmək olar, iltihabəleyhinə dərmanlar, antibiotiklər təyin edilr. Tetanus əleyhinə peyvənd vurulur. III, IV dərəcədə müalicə stasionarda cərrah tərəfindən aparlır, ölmüş toxumalar kəsilir. Sonra reabilitasiya məqsədilə fizioterapiya müalicəsi, mineral və palçıq müalicə aparılır.
2022-12-29 08:23:00
Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıblar.
2022-12-29 08:22:00
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım ayıracaq.
2022-12-29 08:21:00
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. Adətən ağız boşluğunun,daxili orqanların müxtəlif xəstəliklərin simptomu kimi biruzə verir. Ümumi məlumat Halitoz daimi və ya periodik olaraq məsələn,acqarına vəya qida qəbulundan sonra insanı narahat edir.Vaxt azlığından vəya maddi sıxıntıdan insanlar stomatoloqa müraciət etmirlər,bu qoxunu müxtəlif nanəli saqqızlarlar çeynəməklə aradan qaldırmağa çalışırlar.Bununla belə halitoz nəinki stomatoloji,eyni zamanda daxili orqanların müxtəlif pozğunluqları nəticəsində yarana bilər. Səbəbləri Halitozun yaranması ən çox ağız boşluğunun gigiyenik vəziyyəti ilə bağlıdır.Pis qoxu ağzın selikli qişasında, dişlərdə olan bakteriyaların ifraz etdikləri maddələr nəticəsində yaranır.Ağıza düzgün qulluq etmədikda bu bakteriyalar dildə,diş ərpində,diş əti ciblərində toplanır.Onların çoxalması karies,parodontit,parodontoz,qinqivit,stomatitə şərait yaradır.Ağız boşluğunun quruluğu da buna səbəb ola bilər.Buna səbəb tüpürcək ifrazının azalması,ağzın açıq qalması,ağızla nəfəs almaq,siqaret çəkmək ,spirtli içkilərin qəbuludur.Pis qoxu eləcə də kəskin iyli qidaqaların -sarımsaq,soğan,qəhvənin qəbul etdikdə əmələ gəlir. Halitoz aşağıdakı xəstəliklərin əlaməti kimi meydana çıxa bilər. -tənəffüs yollarının infeksiyaları-ağ ciyərlərin absesi, bronxoektazlar -mədə-bağırsaq traktının xəstəlikləri( qastrit,qastroduodenit,mədə xorası) -burun-udlağn xroniki xətəlikləri(tonzillit,rinit və s.) -qara ciyər çatmamazlıqları(balıq iyi) -böyrək çatmamazlığı(ammonyak və ya sidik iyi) -diabetik ketoasidoz(ağızdan şirin meyvə iyi) Müalicəsi Əsas səbəb ağız boşluğuna düzgün olmayan gigiyenik qulluqdursa,keyfiyyətli diş fırçasından istifadə etmək,dişləri yaxşı təmizləmək lazımdır.Daha yaxşı olar ki, stomatoloqa va müvafiq mütəxəssisə müraciət edəsiniz. Profilaktikası Profilaktikası ağız boşluğuna düzgün qulluq, mədə-bağırsaq və daxili orqanların digər xətəliklərini vaxtında müalicə etmək lazımdır.
2022-12-29 08:20:00
Ermənistanın "Zvartnots" hava limanının polisi Mahaçqala-İrəvan reysi ilə uçan təyyarənin sərnişinin yükündə tapança aşkarlayıb.
2022-12-29 08:18:00
ABŞ-nin "Exxon Mobil" şirkəti Avropa İttifaqını məhkəməyə verib.
2022-12-29 08:15:00
Depressiya - ciddi psixoloji problemdir, bu zaman nəinki xəstə, hətta yaxınlarıda əziyyət çəkirlər. Ümumi məlumat: Depressiya stress və ya uzun müddət travmalı situasiyalarda inkişaf edir. Ağır fəsadlara yol verməmək üçün depressiyanın səbəblərini aradan qaldırmaq lazımdır. Səbəbləri: Depressiv pozğunluqlar istənilən yaşda, istənilən sosial qruplarda ola bilər. Bu, müasir cəmiyyətdə insana olan təzyiqdən irəli gəlir. Əksər insanlar sosial üstünlüyə, peşə uğurlarına, xarici gözəlliyə can atırlar. Bunlara nail olmadıqda insan ruhdan düşür, hər bir uğursuzluq onları sıxır, buna görə onlarda depressiya inkişaf edir. Ağır psixoloji travmalar, yaxın adamın ölümü, ailənin dağılması, sevimli insanla münasıbətin kəsilməsi, ağır xəstəlik olan depressiyaya səbəb ola bilər. Nadir hallarda depressiya səbəbsiz olur. Alimlər belə hesab edir ki, neyrokimyəvi proseslər, neyromediatorların ( serotonin, noradrenalin) mübadiləsi rol oynayır. Simptomları: Depressiyanın emosional təzahürləri çox müxtəlifdır. Bunlara həyəcan, qorxu, özünəqiymətləndirmənin aşağı düşməsi aiddir. Depressiyaya düçar olan insan daima yorğunluq, kədər hissi keçirir. Belə insan ətrafdakəlara qarşı laqeyd olur, əvvəllər onları maraqlandıran şeylərə qarşı biganə qalır. Xəstələrin davranışında da pozğunluqlar olur. İnsan məqsədyönlü hərəkət etmədikdə, diqqətini cəmləmədikdə depressiyadan şübhələnmək olar. Təbiətcə ünsiyyətcil insan depressiyaya düşdükdə dostlardan qaçır, özünə qapanır. Belə insan çox vaxt alkohol, narkotik maddələrə aludə olur. Onların düşüncə tərzi də fərqli olur. Belə insan özü haqqında neqativ olur, həyatın yalnız mənfi tərəflərini görür, özünü lazımsız, başqalarına ağır yük kimi hesab edir, müstəqil olaraq bir qərara gəlməkdə çətinlik çəkirlər. Bunlarda fizioloyi əlamətlərdə qeyd olunur. Yuxu rejimi pozulur, yuxusuzluq yaranır. İştaha tamamilə itə və ya arta bilər. Xəstələr ürək, mədə nahiyəsində ağrı, qəbizlikdən şikayətlənirlər. Orqanizmin enerji ehtiyatı tükənir, kiçik fiziki və əqli işlərdə belə tez yorulurlar. Ağırlaşmaları: Alkoqolizm və narkomaniyaya gətirib çıxara bilər. Depressiyalarda insanlar özlərinə sui-qəsd edə bilərlər. Siz nə edə bilərsiniz: Əgər görürsünüz ki, yaxın adam özünü çox tənqid edirsə həkimlə məsləhətləşin. Əgər depressiya diaqnozu qoyulbsa ona kömək etmək, onu ruhlandırmaq lazımdır. Həkim nə edə bilər: Müalicə olunmadıqda depressiya uzun müddət çəkə bilər. Həkim tərəfindən antidepressantlar və psixoterapiya təyin olunur. Profilaktikası: Depressiyaya düşməmək üçün sağlam həyat tərzi keçirmək, düzgün iş və istirahət rejimi təşkil etmək lazımdır.
2022-12-29 08:13:00
Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilməsi üçün 120 milyard yen (1,2 milyard dollar) kredit verəcək.
2022-12-29 08:12:00
Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
2022-12-29 07:51:00
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaşıl çayın qara çaya nisbətən orqanizmə daha faydalı olduğunu təsdiq etmişdir. Belə ki, araşdırmada iştirak edən mütəxəssislər qara cayın ürək-damar sisteminə faydalı olduğunu sübut ediblər. Eksterimentin nəticəsi qara çay içənlərin ürək-damar sistemi xəstəlikləri riskinin 30% aşağı oduğunu qeyd etmişdir. Yaşıl çay isə aclıq hissini aradan qaldırmaqla insanın əhval-ruhiyyəsini qaldırdığı üçün arıqlamaq istəyənlər ondan çox istifadə edirlər. Yaşıl çayın tərkibində çoxlu antioksidantlar var və onlar sərbəst radilkallara təsir edərək damarlarda olan iltihabi proseslərin azalmasına səbəb olur. Yaşıl çayın tərkibində olan antioksidantlar qara çayın tərkibində olduğundan daha çoxdur. Bəs ürək-damar sisteminə daha hansı içkilər faydalıdır? İngiltərə alimləri 5 belə içkinin olduğunu söyləyirlər. Bu içkilərin siyahısında su birinci yeri tutur. İkinci yeri yaşıl çay tutsa da, İngiltərəli alımlər sutka ərzində yarım litrdən artıq yaşıl cay içməyi məsləhət görmürlər. Buna səbəb çox qəbul edilən yaşıl çayın qanın laxtalanma qabiliyyətini artıra bilməsidir. Bu isə laxtalanmanın artması ilə bərabər ürək döyüntülərinin də çoxlmasına səbəb olur. Orqanizmə faydalı içkilərin siyahısında üçüncü yeri qırmızı şərab tutur. Qırmızı şərabın tərkibində olan polifenol və bioloji aktiv maddələr damarlarda olan pis xolesterinin miqdarının azalmasına və tromb əmələgəlmənin qarşısını alır. Ürək-damar siteminə faydalı olan içkilərədən biri də nar şirəsidir. Nar şirəsi ürəyi möhkəmləndirir. İngiltərə alimlərinin araşdırmaları mütəmadi olaraq nar şirəsi qəbul edən adamlarda insult və infarkt riskinin 20-40% aşağı olduğunu söyləyirlər. Nar şirəsinin tərkibində olan P, B6, C və E vitaminləri ürək əzələsinin qüvvətlənməsinə səbəb olur. P vitamininin C vitamini ilə qarışığı damarların elastikliyin artırır, kapilyarlarda baş verən qansızmaları azaldır. B6 vitamini yağ mübadiləsində yaxından iştirak edir və damarlarda xolesterinin azalmasına səbəb olur. C vitamini qanda orqanizm üçün lazım olan xoşxassəli xolesterinin artmasına səbəb olur. E vitamini trombəleyhinə təsir göstərir, vena və arteriyalarda qanın qatılaşmasının qarşısını alır. Orqanizmin sutkalıq E vitamininə olan təlabatı 2 xörək qaşığı yağın tərkibində olur.
2022-12-29 07:47:00
Əvvəlcə Kremlin "təxribat emissarı", erməni fırıldaqçı Ruben Vardanyanın Xankəndi və ətraf bölgədən qovulmasına nail olunacaq və Azərbaycan üçtərəfli anlaşmaların tələblərini əsas gətirərək, Laçın yolunu tam nəzarətə götürəcək... Bunlara paralel olaraq, rəsmi Bakı silahlı erməni terror dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana hərbi-siyasi təzyiqlərini gücləndirəcək, müqavimət göstərilsə, hərbi toqquşma təhlükəsi artacaq...