Xəbərlərin siyahısı
2025-06-30 22:11:00
Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.
2025-06-30 22:00:00
"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".
2025-06-30 21:58:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.
2025-06-30 21:39:00
"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
2025-06-30 21:28:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.
2025-06-30 21:07:00
21:07 Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.
2025-06-30 21:00:00
Bu sadə üsul başınızı daha az yumağa imkan verir, vaxta qənaət edir və saçları möhkəmləndirərək sağlamlaşdırır.
2025-06-30 20:48:00
Bakı Piano Festivalı 2025-də dünya şöhrətli pianoçu və bəstəkar Mayk del Ferronun konserti olub. Konsertdə musiqiçilər Mayk del Ferro (piano), Berval Moraes (bas) və Elvin Bəşirov (zərb alətləri) çıxış ediblər. Mike del Ferro ən məşhur holland pianoçularından biridir. O, alman trombonisti və pianoçusu Bob Brukmeyerin tələbəsi və Qent Konservatoriyasında müəllimdir. Onun istedadı və özünəməxsus ifa tərzi Mayk del Ferroya dünya caz ulduzlarının: Tuts Tillmans, Cek De Connetta, Debora Braun, Rişar Qalliano və başqalarının məşhur ansambllarının tamhüquqlu üzvü olmağa imkan verdi. O, caza klassik musiqidən gəlib, lakin ona təkcə virtuoz texnikanı deyil, həm də müasir səsi gətirməyi bacarıb. Onun ritm hissi, üslub hissi və həyat eşqi musiqidən tutmuş görünüşə qədər hər şeydə aydın görünür.
2025-06-30 20:30:00
Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidən ekspertizadan keçiriləcək.
2025-06-30 20:26:00
Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.
2025-06-30 20:17:00
İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" tərəfindən bu günə qədər cəmi 7 nəfərə beyin çipi yerləşdirildiyi açıqlanıb.
2025-06-30 20:13:00
Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.
2025-06-30 20:00:00
Aparıcı Elgiz Əkbər maraqlı açıqlama verib.
2025-06-30 19:48:00
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik sahəsinə yönəlmək niyyətində deyil.
2025-06-30 19:33:00
İnfluenser Aynişan Quliyeva keçmiş evliliyi ilə bağlı açıqlama verib.
2025-06-30 19:16:00
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
2025-06-30 19:03:00
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib. Bu, bölgədə son 40 ildə qeydə alınan ən şiddətli yeraltı tıkandır.
2025-06-30 19:02:00
Bəzi iş yerlərində hərbi biletin olmaması şəxsin işə qəbul prosesində maneə yarada bilər. Bəs hərbi bileti olmayan şəxslər hansı işlərdə çalışa bilməzlər?
2025-06-30 19:00:00
Məşhur aktrisa Şarliz Teron milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyunu tənqid edib.
2025-06-30 18:51:00
Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb.
2025-06-30 18:19:00
Yekaterinburqda saxlanılan Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
2025-06-30 18:05:00
Həqiqətən də, son bir il ərzində Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunması istiqamətində, o cümlədən sülh sazişi layihəsi üzrə danışıqların başa çatdırılması ilə bağlı əhəmiyyətli irəliləyişlərə şahid olmuşuq. Ümid edirik ki, qalan maneələr, - xüsusilə Ermənistan konstitusiyasında əksini tapan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar, - tezliklə aradan qaldırılacaq və sazişin imzalanmasına yol açılacaq. Eyni zamanda, Ermənistanla münaqişənin ağır humanitar nəticələrinin həlli istiqamətində beynəlxalq birliyin konkret dəstəyinə ehtiyac olduğunu vurğulamaq istəyirik. Səkkiz yüz mindən çox məcburi köçkün azərbaycanlı hələ də 900-ə yaxın şəhər və kəndin tamamilə dağıdılması və ölkə ərazisinin 14 faizini əhatə edən geniş mina təhlükəsi səbəbindən öz yurdlarına qayıda bilmir.
2025-06-30 18:02:00
Park Cinema Hollivudun tamamilə smartfona çəkilmiş ilk filmi olan "28 il sonra" filminin premyerasına özəl "Yaradıcı" və "Infinix Azerbaijan"ın təşkilatı dəstəyi ilə "1 dəqiqəlik film" adlı xüsusi müsabiqənin startını elan edib. İştirak etmək üçün bahalı kameraya və ya xüsusi avadanlığa ehtiyac yoxdur - sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib Infinix Note 50 Pro smartfonu qazanacaq.
2025-06-30 18:00:00
Fransız kinosunun əfsanəvi aktyoru Pyer Rişar yenidən diqqət mərkəzinə düşüb.
2025-06-30 17:57:00
İlk dəfə olaraq, günəşli Azərbaycanın paytaxtında "Azerbaijan Dance Union" 6 və 7 sentyabr "Baku Flow" adlı beynəlxalq breykdans çempionatı keçirəcək. Bu tədbirin məqsədi Şərq mədəniyyətini müasir rəqs baxışı ilə birləşdirməkdir.
2025-06-30 17:54:00
"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.
2025-06-30 17:52:00
BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.
2025-06-30 17:45:00
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib ki, Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.
2025-06-30 17:42:00
Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük rəsmi səfərə gələcək.
2025-06-30 17:40:00
Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam təxminən 4 il əvvəl elə Rusiyada həmvətənimizə qarşı daha bir polis vəhşiliyini yada salıb.
2025-06-30 17:38:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
2025-06-30 17:37:00
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyinə çağırılıb.
2025-06-30 17:30:00
ABŞ ordusunda saqqal saxlamaqla bağlı qaydalar sərtləşdirilib.
2025-06-30 17:29:00
"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılıblar.
2025-06-30 17:24:00
Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon vasitəsilə mühüm danışıq aparıb.
2025-06-30 17:21:00
Xəbər verdiyimiz kimi, "Büyükfırat" restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.
2025-06-30 17:18:00
Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 26.06.2025-ci il tarixində sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib. 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib.
2025-06-30 16:58:00
İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 935-ə çatıb.
2025-06-30 16:56:00
Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana səfər edəcək.
2025-06-30 16:50:00
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.
2025-06-30 16:29:00
İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabitləşməsi və günəşin təsiri altında iyulda havanın temperaturu iyun ayına nisbətən daha 3-4 dərəcə artır.
2025-06-30 16:20:00
Türkiyənin paytaxtı Ankarada elçilik məqsədilə təşkil olunan görüş faciə ilə nəticələnib. Hadisə Etimesqut qəsəbəsindəki parkda baş verib.
2025-06-30 16:15:00
Ziraat Bank Azərbaycan "FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi"ndə təltif olundu.
2025-06-30 16:12:00
Müğənni Sinan Akçıl və aparıcı Ece Erkenin Samsun Hava Limanında əl-ələ gəzərkən görüntülənməsi maqazin mediasında geniş rezonans doğurub.
2025-06-30 15:52:00
Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.
2025-06-30 15:43:00
"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, eləcə də zehni resursların tədricən tükənməsi kimi qiymətləndirilir".
2025-06-30 15:36:00
Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə daha bir dələduzluq cinayəti baş verib.
2025-06-30 15:33:00
Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri sosial mediada yayılıb.
2025-06-30 15:30:00
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
2025-06-30 15:22:00
Bazar günü səhər ABŞ-ın Ohayo ştatının şimal-şərqində, Howland qəsəbəsində təyyarə qəzası baş verib.