Hüseyn Cavidin mənəvi oğlu dünyasını dəyişdi
Digərləri 10 Mar 2026 11:42:00 147 0
Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.
Bu xəbəri də oxu: Bu tarixdən hava PİSLƏŞƏCƏK: Yağış yağacaq, dolu düşəcək
Son.az xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.
O, 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə Ümummilli Lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Cəfərov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.
Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb.
Xatırladaq ki, qrupun digər üzvü Telman Əliyev 2024-cü ilin avqustunda vəfat etmişdi./Qafqazinfo
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasın
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
Xərçənglə mübarizə sahəsində aparılan yeni elmi araşdırma diqqət ç�
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1
Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharib�
Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda,
"Bəziləri sual verib ki, Tünzalə xanım, burnunuzu dəyişmək istəmə
Bu resept həm asan yoğrulan, həm də bişdikdən sonra uzun müddət yumşaq
Süni intellekt iş həyatının gələcəyini böyük sürətlə yenidən form
Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.
Bu gün olduğu kimi, antik dövrlərdə də insanlar uzun və sağlam həyatın
ABŞ və İsrailin eyni vaxtda İrana hücum etməsi ilə başlayan müharibəni
Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur və onu qarşıda çətin bir d�
