50 minə yaxın şagird monitorinqdə iştirak etdi


Digərləri 18 May 2025 14:25:00 72 0

50 minə yaxın şagird monitorinqdə iştirak etdi

Mayın 18-də paytaxtdakı ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub.

Son.az xəbər verir ki, VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb.

VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.