"Renault" yeni tam ötürücülü elektrik krossoverini təqdim edib


Digərləri 18 May 2025 15:49:00 75 0

"Renault" yeni tam ötürücülü elektrik krossoverini təqdim edib

"Renault 4" modelinin tam ötürücülü (AWD) elektrik versiyası təqdim olunub.

Son.az xəbər verir ki, yeni model Renault 4 Savane 4×4 adlanır və hələlik konsept avtomobil kimi nümayiş etdirilir.

Standart hetçbekdən fərqli olaraq, bu versiyada iki elektrik mühərriki, genişləndirilmiş təkər izləri və artırılmış klirens (yerdən hündürlük) mövcuddur.

"Renault 4" Savane 4×4 konsepti ilə Fransız istehsalçı AmpR Small platformasının imkanlarını nümayiş etdirir. Avtomobilə ikinci bir elektrik mühərriki əlavə olunub, təkər izləri genişləndirilib və klirens 15 mm artırılıb.