Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir


Digərləri 13 May 2025 14:25:00 99 0

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu "Qurban payı" ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.

Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında "İanə et" bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.

Redhearts veb-saytı: https://kbl.az/qrbnpyi

Birbank mobil tətbiqi: https://bit.ly/BIRBNK