Saat 10:00da qaz kəsiləcək Bu ərazilərdə


Digərləri 13 May 2025 09:55:00 103 0

Saat 10:00da qaz kəsiləcək  Bu ərazilərdə

Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.