Azərbaycanda distant təhsil TANINACAQ
Digərləri 09 May 2025 18:03:00 78 0
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.
Bu haberi de oku: Paşinyana qarşı impiçment başladıldı
Son.az xəbər verir ki, AZSTAND-ın yaydığı məlumata görə, bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.
Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.
Standart xüsusilə əyani təhsilə davam edə bilməyən - rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.
Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycanda 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub: