Niyə kariyes teztez təkrarlanır? SƏBƏBLƏR
Digərləri 09 May 2025 17:50:00 89 0
Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır.
Bu haberi de oku: Bu bürclər "ay"ı "çay" başa düşür
Bəs kariyesin təkrar-təkrar yaranmasının səbəbi nədir?
Son.az xəbər verir ki, diş həkimlərinin fikrincə, kariyesin əsas yaranma səbəbləri arasında qeyri-düzgün ağız gigiyenası, şəkərli və nişastalı qidaların tez-tez qəbulu, eləcə də müntəzəm stomatoloji müayinələrin olmaması ön sıralarda yer alır. Lakin maraqlıdır ki, müalicə olunmuş dişlərdə belə kariyesin yenidən yaranması halları tez-tez müşahidə edilir.
Təkrar kariyesin əsas səbəbləri bunlardır:
Müalicənin natamam və ya keyfiyyətsiz aparılması: Bəzən dolğunun altında qalan kiçik bir sahə zamanla yenidən çürüyə bilər.
Ağız gigiyenasına yetərli diqqət göstərilməməsi: Düzgün diş fırçalanmaması və diş ipindən istifadə edilməməsi bakteriyaların çoxalmasına səbəb olur.