Rusiyada eyni anda iki zəlzələ baş verdi
Digərləri 09 May 2025 16:47:00 81 0
Rusiyanın şərqində yerləşən Kamçatka vilayətində eyni vaxtda iki zəlzələ qeydə alınıb.
Bu haberi de oku: Bitum daşıyan yük maşını aşdı yaralılar var
Son.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələlərdən biri 5,1 bal gücündə olub və onun episentri Avaçinski körfəzi ərazisində yerləşib. Yeraltı təkanların krater dərinliyi 58 kilometr təşkil edib. Zəlzələ Petropavlovsk-Kamçatsk şəhərində 3 bal gücündə hiss olunub.
İkinci zəlzələnin gücü isə 4,6 bal olub. Bu təkan da Petropavlovsk-Kamçatsk ərazisində qeydə alınıb və 2 bal gücündə hiss edilib.
Təhlükəsizlik orqanlarının ilkin məlumatına görə, zəlzələlər nəticəsində xəsarət alanlar və ciddi dağıntılar qeydə alınmayıb.