Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ edildi
Digərləri 09 May 2025 14:12:00 97 0
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu haberi de oku: Trampın qızı görünüşü ilə göz qamaşdırdı FOTO
Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Belə ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.