Tramp varlılar üçün vergiləri artırmaq istəyir
Digərləri 09 May 2025 14:19:00 78 0
ABŞ Prezidenti Donald Tramp zəngin amerikalılar üçün vergi dərəcəsini 39,6 faizə qaldırmağı təklif edir.
Bu haberi de oku: 1 qaşıq yeyənlər 10 il xəstələnmir Bəhməz deyil
Son.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu təklifə əsasən illik gəliri 2,5 milyon dollar və ya ailə gəliri 5 milyon dollar olan şəxslər üçün yeni vergi dərəcəsi tətbiq olunacaq.
Bildirilib ki, bu vergi artışı növbəti on il ərzində dövlət büdcəsinə 67,3 milyard dollar əlavə gətirəcək.
Əvvəllər Tramp idxal olunan mallara tətbiq edilən rüsumların ABŞ-a gəlir vergilərini tamamilə aradan qaldırmağa imkan verə biləcəyini bildirmişdi. O, "Bütün bunlar nəticə verərsə, bizə heç bir gəlir vergisi sistemi lazım olmaya bilər" demişdi.
İsmayıl Son.az