Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?
Digərləri 09 May 2025 13:12:00 76 0
Hava nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xüsusilə turizm sektorunun canlanmasında hava limanlarının əlçatanlığı və funksionallığı əhəmiyyətli amillər sırasındadır. Azərbaycanda da son illər hava nəqliyyatı infrastrukturunun yenilənməsi və genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Bununla belə, bəzi hava limanlarının fəaliyyət göstərməməsi və ya məhdud rejimdə işləməsi suallar doğurur. Bu vəziyyətin yaranmasında əsas səbəblərdən biri kimi idarəetmə problemləri və regionların potensialının yetərincə dəyərləndirilməməsi göstərilir.
Bu haberi de oku: 9 May faşizm üzərində Qələbə Günü qeyd olunur
Son.az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 12 hava limanından yalnız 8-i beynəlxalq statusa malikdir. Lakin bu hava limanlarından sadəcə dördü aktiv şəkildə istifadə olunur, onlardan da yalnız ikisində məhdud sayda uçuşlar həyata keçirilir.
Bəs niyə beynəlxalq səviyyəyə malik 8 hava limanından yarısı tamamilə istifadəsizdir?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bu vəziyyəti əsasən subyektiv yanaşma və peşəkar olmayan idarəçiliyin nəticəsi kimi qiymətləndirir:
Kaynak: milli.az