WhatsAppda yeni funksiya Tiktok kimi olacaq
Digərləri 09 May 2025 11:48:00 66 0
Artıq "WhatsApp"da status paylaşımlarına musiqi əlavə etmək mümkündür.
Bu haberi de oku: "Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə FOTO
Son.az xəbər verir ki, mesajlaşma proqramı bu yeniliyi bəzi ölkələrdə artıq sınaqdan keçirməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoların üzərinə istədikləri musiqini əlavə edə biləcəklər. Seçim imkanı verilən musiqilər "WhatsApp"ın daxilində təqdim olunacaq və paylaşılan statusu izləyənlər həmin mahnını da eşidə biləcəklər.
Ekspertlər bunu "WhatsApp"ın öz funksiyalarını TikTok və Instagram kimi platformalara bənzətmək cəhdi kimi dəyərləndirirlər. Çünki son dövrlərdə WhatsApp videolar üçün sürətli baxış, statuslara reaksiya, kanallar və indi də musiqi əlavə etmə kimi yeniliklərlə istifadəçilərin diqqətini daha çox üzərinə çəkməyə çalışır.