Rusiyada güclü zəlzələ oldu
Digərləri 08 May 2025 09:30:00 71 0
Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu haberi de oku: Polis selə düşən uşağı belə xilas etdi
Son.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Avaça körfəzi akvatoriyasında, 58 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərinə yaxın ərazidə yerləşib.
Yeraltı təkanlar şəhərin bəzi hissələrində 3 bala qədər intensivliklə hiss olunub.
Kaynak: milli.az