Qiyməti 30 qəpiyə düşdü: Damarları açır, şəkəri tənzimləyir,
Digərləri 03 May 2025 13:53:00 68 0
Adana, Türkiyə - Türkiyənin mühüm kənd təsərrüfatı bölgələrindən olan Adanada erkən soğan yığımına başlanılıb.
Bu haberi de oku: Yağışlıküləkli hava nə vaxtadək davam edəcək?
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il soğanın həm məhsuldarlığı artıb, həm də qiymətləri ciddi şəkildə ucuzlaşıb. Hazırda tarlada soğanın kiloqramı cəmi 7-8 TL (0.3094 AZN) civarındadır.
Yüreğir Ziraat Odası rəhbəri Mehmet Akın Doğan İHA-ya verdiyi açıqlamada bildirib ki, məhsuldarlıq yüksək olsa da, qiymətlərin aşağı düşməsi səbəbindən fermerlər gözlədikləri gəliri əldə edə bilməyib:
"Soğanın tarladan çıxarılması, qablaşdırılması və nəqliyyatı 1 kiloqram üçün 3-3.5 TL təşkil edir. Hazırda 8 TL-ə satılan soğandan fermerin əlində yalnız 4.5-5 TL qalır. Bir dönüm sahənin xərci isə 30-35 min TL-dir. Bu vəziyyətdə qazanc əldə etmək çox çətindir", - deyə Doğan vurğulayıb.
Soğanın xaricə ixracı ilə bağlı da çətinliklər mövcuddur. Misirin ucuz qiymətə soğan satması səbəbilə Rusiya və Avropa ölkələri daha çox Misir məhsullarına üstünlük verir. Eyni zamanda, Türkiyədə analiz müddətinin uzunluğu (təxminən 1 həftə) məhsulun xarici bazara çıxışını çətinləşdirir.
Buna baxmayaraq, bu vəziyyət istehlakçılar üçün əlverişlidir. Qiymətlərin aşağı düşməsi səbəbindən vətəndaşlar keyfiyyətli və faydalı soğanı daha ucuz qiymətə əldə edə bilirlər.
Soğanın sağlamlığa faydaları
Mətbəximizin ayrılmaz hissəsi olan soğan təkcə yeməklərə dad qatmaqla kifayətlənmir, həm də sağlamlıq baxımından əvəzolunmaz faydalar təqdim edir. Bol C vitamini, flavonoidlər və kükürd birləşmələri ilə zəngin olan bu tərəvəz orqanizmin immun sistemini gücləndirir, mikroblarla mübarizə aparır və damarları qoruyur.