Zurabişvilinin evi gülləbaran edildi Yaralananlar var


Digərləri 03 May 2025 19:51:00 89 0

Zurabişvilinin evi gülləbaran edildi  Yaralananlar var

Bu gün səhər saatlarında Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin qarşısında atışma baş verib.

Son.az xəbər verir ki, bu barədə sabiq prezident özü "Facebook" səhifəsində bildirib.

Zurabişvili paylaşımında qeyd edib ki, ümumilikdə səkkiz dəfə atəş açılıb və güllələrdən biri onun evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, saat 04:20 radələrində bir neçə şəxsin iştirak etdiyi kütləvi dava baş verib. Davanı qışqırıqlar müşayiət edib və sonu atışma ilə bitib.