Yağışlıküləkli hava nə vaxtadək davam edəcək?
Digərləri 03 May 2025 09:48:00 56 0
Mayın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu haberi de oku: İki qızı və əri faciəvi şəkildə öldü özü yaralı dəfnə gəldi
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.