"Orada ədəbsiz, "tərbiyəsiz" ifaçılar olmur"


Şou-biznes 02 May 2025 11:08:00 86 0

"Orada ədəbsiz, "tərbiyəsiz" ifaçılar olmur"

Əməkdar artist  Elnur Zeynalovun açıqlaması gündəm yaradıb.

Son.az xəbər verir ki, sənətçi bəzi ifaçıları "tərbiyəsiz" adlandırıb:

""Allah hər ifaçıya bir ölçüdə səs verir. O zaman da zil və bəm səslə oxuyan ifaçılar olub. Səs rejissorlarının məclislərdə səsi verib, azaltmaq məsələsi də o vaxtdan aktualdır. Oxuyan gələndə aləmi qatırdılar bir-birinə, heç bilmirdin nə oxudu. Bunların şahidi olmuşam. Bilərəkdən olunur. 3-4 saat məclisdə oxuyuruq, kənardan başqa bir ifaçı gətirirlər. O da bir ton xaric oxuyur. Ancaq o səs onlar üçün yeni olduğundan onu alqışlayırlar. Burada məqamlar var. Akademik Opera və Balet Teatrının solistiyəm. Orada Məcnun rolunu ifa edirəm. Kimlər özünü sınamaq və göstərmək istəyir, gəlsinlər "Şah İsmayıl Xətai"ni, "Məcnun"u, "Aşıq Qərib"i oxusunlar. Bilək ki, bunlar nə demək istəyirlər. Hörmətli insanların məclislərinə dəvət alıram. Orada ədəbsiz, tərbiyəsiz ifaçılar olmur. Mənim iştirak etdiyim məclislərdə özünə hörmət edən ifaçılar yer alır".