Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib? "Nankor"


Şou-biznes 02 May 2025 21:19:00 66 0

Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib?  "Nankor"

Əməkdar artist Vasif Məhərrəmli aparıcı Lətafət Ələkbərova ilə küsülü imiş. 

Son.az xəbər verir ki, müğənni Lətafətlə barışdıqlarını deyib:

"Lətafət səhvini boynuna aldı, üzr istədi. Yaxın münasibətimiz yox idi. Amma problemi olanda zəng etdiyi adam olmuşam. Hətta maşını xarab olmuşdu, zəng vurub pulsuz düzəltdirdim. Toyda danışmaq istəyəndə, aramıza pərdə çəkdim. Dedi ki, kinli adamsan. Cavab verdim ki, kinli deyiləm, amma nankorluğu bağışlamıram. Lətafət gəldi üzr istədi və dedim, bitdi".