Azərbaycanlı aktrisaya "dəli" diaqnozu qoyuldu


Şou-biznes 03 May 2025 09:15:00 73 0

Azərbaycanlı aktrisaya "dəli" diaqnozu qoyuldu

"Stand Up" şousunun ulduzu, Rusiyada yaşayan əslən azərbaycanlı Yuliya Əhmədova özünə psixi pozğunluq diaqnozu qoyulduğunu etiraf edib.

Son.az xəbər verir ki, bu barədə o, "Natal Chart" şousunun yeni buraxılışında danışıb.

Komediyaçının sözlərinə görə, ona depressiyanın aktiv faza ilə əvəz olunduğu bipolyar affektiv pozğunluq diaqnozu qoyulub.

Əhmədova deyir: "Bir ay əvvəl mən ağır depressiyaya düşmüşdüm və xəstəxanada idim. Keçən həftə ordan çıxdım".

Sənətçi əlavə edib ki, indi depressiyadan çıxıb, normal yatır, əhvalı düzdür. Əhmədova insanları depressiyaya məhəl qoymamağa, həkimə müraciət etməyə və antidepresan qəbul etməməyə çağırıb.