Müjde Arı canlandıracaq FOTO
Şou-biznes 03 May 2025 21:27:00 92 0
Yeşilçam'ın unudulmaz aktrisalarından Adilə Naşidin həyatı filmə çəkilir. "Adilə" adlı filmdə Müjde Ar obrazını canlandıracaq Seda Bakan, ustad aktrisa ilə bir araya gəlib.
Bu haberi de oku: “Məndən niyə qaçırsan?” 15 il sonra atasının səsini eşitdi
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BKM-nin prodüserliyi və Çağan Irmakın rejissorluğu ilə çəkilən bu gözlənilən layihədə, Adilə Naşid rolunu Berlinale Gümüş Ayı mükafatçısı Meltem Kaptan oynayacaq.
Filmdə Müjde Ar obrazını canlandıracaq Seda Bakan, bu rola hazırlıq mərhələsində Müjde Ar ilə görüşüb. Görüşdən sonra paylaşım edən Seda Bakan, həyəcanını belə ifadə edib:
"Müjde Ar olmaq... Həyəcan, qorxu, maraq, möcüzə."
Aktrisa, görüşə qızları Leyla və Ela ilə birlikdə qatılıb. Bu da diqqətdən yayınmayıb.
Digər tərəfdən filmdə aşağıdakı məşhur şəxslər də canlandırılacaq:
Ertem Eğilmez
Gazanfer Özcan
Gönül Ülkü