Tanınmış aparıcıya qarşı cinayət işi açıldı FOTO


Şou-biznes 06 May 2025 17:52:00 94 0

Tanınmış aparıcıya qarşı cinayət işi açıldı  FOTO

Tanınmış xəbər aparıcısı Ece Ünerə qarşı "dövlətin məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" və "ədalətli mühakiməyə təsir göstərmək cəhdi" ittihamları ilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən iddia qaldırılıb.

Son.az xəbər verir ki, ittiham aktında Üner üçün 2 ilə qədər həbs cəzası tələb olunur.

Üner, 19-cu Asliye Cəza Məhkəməsində mühakimə olunacaq.

Xatırladaq ki, martın 18-də, sosial mediada jurnalist İsmail Saymazla bağlı yazdığı bir paylaşımda istifadə etdiyi ifadələrə görə Ünerə qarşı istintaq başladılıb. O, paylaşımında Saymazın pasportunun müsadirə edildiyini və ölkədən çıxışına qadağa qoyulduğunu qeyd edib və əlavə edib: "FETÖ əməliyyatı uşaqlarının reputasiya sui-qəsdlərindən bezdim."