Azərbaycanda tiktoker insan alverində ittiham edilir
Şou-biznes 08 May 2025 00:55:00 103 0
Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
Bu haberi de oku: "Oğluma müğənni qız alaram"
Son.az "Unikal"a istinadən məlumat verir ki, təqsirləndirilən tiktokerin cinayət işi Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrlik etdiyi prosesdə araşdırılacaq.
Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.