“Toyda mənim üçün dava etdi, məni arxa qapıdan göndərdilər”


Şou-biznes 02 May 2025 07:36:00 77 0

“Toyda mənim üçün dava etdi, məni arxa qapıdan göndərdilər”

Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.

Son.az xəbər verir ki, Türkan həmkarı Rüfət Axundovdan danışıb.

Türkan deyib ki, Rüfət məclislərin birində onun üçün dava edib: "Rüfətin belə olmağına baxmayın, çox cəsarətlidir. Toyda elə dava etdi ki, inana bilməzdim, məni arxa qapıdan göndərdilər.

Sataşmamışdılar. Toyda ifa edirdik, bir adam getdi-gəldi mahnı dedi, sonra xanım müğənnilərə səsini qaldırdı. Rüfət dedi ki, "xanımlara qarşı olmaz belə", onu elə gözəl başa saldı ki, söhbət həll olundu. Səliqəli şəkildə həll etdi". (Bizim.Media)