"Təki mənim mahnıma avtobusda, taksidə qulaq assınlar"


Şou-biznes 27 Nis 2025 16:50:00 100 0

"Təki mənim mahnıma avtobusda, taksidə qulaq assınlar"

Müğənni Üzeyir Mehdizadə onun oxuduğu mahnıları tənqid edənlərə səslənib.

Son.az xəbər verir ki, sənətçi ictimai nəqliyyatda dinlənilməyin onun üçün sevindirici hal olduğunu deyib:

Mehdizadə onu lağ edib, alçaltmağa çalışanlara bu sözlərə qarşılıq verib.

"Mənim maşınım olmayanda, avtobusda da mahnımı eşidirdim, dəbdəbəli restoranda da. Buna aşağı bir şey kimi baxırlar. Həmin avtobusda mən də gedirəm, sənin bibin, dayın da gedə bilər. Adamlar var ki, özünü hamıdan yüksək göstərmək istəyir. Deyirlər ki, filankəsin mahnılarına avtobusda qulaq asırlar. Təki mənim musiqimi orada dinləsinlər. Maşında 2 nəfər olursa, avtobusda azı iyirmi adam gedir. Taksidə qulaq assınlar.