Tanınmış müğənni nadir xəstəlikdən əziyyət çəkir FOTO


Şou-biznes 28 Nis 2025 21:20:00 71 0

Tanınmış müğənni nadir xəstəlikdən əziyyət çəkir  FOTO

"Kalbime gömerim" mahnısı ilə şöhrət qazanan müğənni Gökçe Kırgız qeyri-adi xəstəlikdən əziyyət çəkir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni özü qatıldığı verilişlərin birində etiraf edib.

Müğənni Gökçe Kırgız COVID-19 keçirdikdən sonra tutulduğu "Parosmiya" xəstəliyi səbəbindən bəzi qoxuları hiss edə bilmədiyini açıqlayıb. Dünyada nadir rast gəlinən bu xəstəlik səbəbindən uzun müddətdir əziyyət çəkdiyini deyən Kırgız sarımsaq yedikdə zəhərləndiyini və dayanmadan qusduğunu bildirib.

Xəstəliyindən bəhs edən müğənni bu problemə görə bəzi qoxuları düzgün hiss edə bilmədiyini bildirib. O, manqal qoxusunu çox sevdiyini, amma sarımsaq qoxusunu beyninin qəbul etmədiyini, sarımsaq yedikdə isə bədəninin zəhərləndiyini və dayanmadan qusduğunu söyləyib.