"Yeriyə bilmir, ayağına protez qoyulub"


Şou-biznes 28 Nis 2025 20:34:00 69 0

"Yeriyə bilmir, ayağına protez qoyulub"

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

İfaçının qızı Samirə Axşam.az-a açıqlama verib. O bildirib ki, atası reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir:

"10 gün xəstəxanada qalacaq. Vəziyyəti stabildir. Həkimlər təzyiqi və şəkərini qaydasında saxlama çalışırlar. Ayağında protez var, bud çanaq nahiyəsindən əməliyyat olunub. Gündə 5 dəqiqə güclə köməklik göstərərk yeridə bilirik. İndi yeriyə bilmir, tam sağalması üçün 2 ay reabilitasiya keçməlidir".