Məftunə körpənin başına oyun açdı: əvvəl döydü, sonra boğmaq istədi


Digərləri 27 Nis 2025 14:35:00 138 0

Məftunə körpənin başına oyun açdı: əvvəl döydü, sonra boğmaq istədi

Türkiyədə azyaşlıya əzab verən dayə saxlanılıb.

Son.az  bildirir ki, hadisə İstanbul şəhərinin Fateh qəsəbəsində qeydə alınıb. Əcnəbi baxıcının azyaşlıya qarşı göstərdiyi şiddət evin müşahidə kamerasına həkk olunub.

Görüntülərdə qadının körpəni vurduğu və boğmağa çalışdığı görünür.

Videonun yayılmasından sonra polislər həmin baxıcının kimliyini müəyyən ediblər. Məftunə adlı qadın saxlanılaraq, məsuliyyətə cəlb olunub.  /Lent.az