Türkiyədə 53 tələbə xəstəxanalıq oldu
Digərləri 27 Nis 2025 09:35:00 119 0
Türkiyənin Sivas şəhərində yataqxanada qalan 53 universitet tələbəsi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.
Bu haberi de oku: AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır
Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Bildirilir ki, Sivas Respublika Universitetinin bəzi tələbələri yemək yedikdən sonra halları pisləşib.
Bununla bağlı məlumat alan tibbi heyət yataqxanaya göndərilib. Qida zəhərlənməsi şübhəsi ilə 53 tələbəyə müalicə təyin edilib.
Onların yedikləri yeməklərdən nümunələr götürülüb. /Oxu.Az
Kaynak: milli.az