16 milyonluq səhifəsini bağladı
Şou-biznes 07 Nis 2025 18:46:00 128 0
Türkiyəli komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabını bağlayıb.
Bu haberi de oku: Hüseyndən axtarışa verilməsi xəbərlərinə reaksiya
Son.az xəbər verir ki, aktyorun 16 milyon 300 mindən çox izləyicisi var idi.
Buna səbəb "X"in bəzi qadağalar tədbiq etməsi, ifadə azadlığı haqda qərarları olub. Cem artıq yeni platformada özünə səhifə açıb. Belə ki, Cem Yılmaz 2019-cu ildə "Twitter"in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan "Bluesky" platformasına keçib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların "Bluesky" platformasına axın etməsinə səbəb olub.