Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu"


Şou-biznes 11 Eki 2025 10:33:00 82 0

Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu"

Xalq artisti Aygün Kazımova və duet ortağı, tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun toy məclisindəki çıxışı zamanı maraqlı, eyni zamanda gözlənilməz an yaşanıb.

Son.az xəbər verir ki, duet ifası zamanı qonaqlardan biri qəfil səhnəyə qalxaraq özünü ritmə buraxıb.

Hadisə ilk anlarda Aygün Kazımovanın təəccüb və narahatlığına səbəb olsa da, həmin şəxsin enerjili və coşğulu rəqsi məclisə rəng qatıb.

Gözlənilməz səhnə toydakı digər qonaqların da marağına səbəb olub və alqışlarla qarşılanıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmayıb. İzləyicilər arasında bu davranışı etik qaydalara zidd hesab edənlər də olub.