"Cabir İmanovun qızları Londonda təhsil alır"
Şou-biznes 11 Eki 2025 18:43:00 78 0
Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.
Bu haberi de oku: Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu"
Aktrisa "Astar" yutub layihəsində bu haqda söhbət açıb. O bildirib ki, C.İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib:
"Onu hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən zarafatlar edirsən, deyib gülürsən. Anlayan, anlamayan olur. Götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olurlar. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki... Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım".
D.Əliyeva C.İmanovun övladlarından danışaraq "Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi" sözlərini əlavə edib.