Cennifer uşaq sahibi olmamasının səbəbini açıqladı 20 ildir...


Şou-biznes 10 Eki 2025 22:47:00 97 0

Cennifer uşaq sahibi olmamasının səbəbini açıqladı  20 ildir...

56 yaşlı "Friends" serialının ulduzu Cennifer Eniston Harper's Bazaar jurnalına müsahibəsində illərdir haqqında yayılan iddialara aydınlıq gətirib.

Son.az xəbər verir ki, aktrisa bildirib ki, ana ola bilməməsinin səbəbi tibbi problemlər olub.

"Onlar mənim hekayəmi bilmirlər. Son 20 ildə ailə həyatı qurmaq üçün çox şey etdim, amma bu, heç kimin işi deyil", - deyə Eniston vurğulayıb.

O, mətbuatın uzun müddət ana olmamağını "sıx iş qrafiki" ilə əlaqələndirdiyini, lakin bunun doğru olmadığını qeyd edib:

"Məni eqoist və işgüzar kimi göstərdilər. Halbuki bu, tibbi məsələ idi".