Azərbaycanda daha bir yol ödənişli olacaq


Digərləri 06 Kas 2025 14:35:00 60 0

Azərbaycanda daha bir yol ödənişli olacaq

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq".

Son.az xəbər verirki, bunu "Report"a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır: "Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək".

Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.