Bakıda məşhur şadlıq evi bağlandı
Digərləri 06 Kas 2025 14:51:00 71 0
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Mehman Tağı oğluna məxsus "Qızıl Qaya" şadlıq evində plandankənar yoxlama keçirib.
Bu haberi de oku: "Payızda xəstələnməmək istəyirsinizsə naharda kələm turşusu yeyin"
Bu barədə Son.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.
Belə ki, qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal olaraq istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsız olduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.
