Sabah Bakıda 20 dərəcə isti olacaq
Digərləri 06 Kas 2025 12:58:00 74 0
Azərbaycanda noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu haberi de oku: Bakıda 50dən artıq binaya tarixi bina statusu veriləcək
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
