Bakıda məşhur restoranda Fələstin bayrağı mübahisəsi FOTO
Digərləri 05 Kas 2025 15:01:00 55 0
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan "Soul Kitchen Terrace Baku"da Fələstin bayrağı mübahisəsi yaşanıb.
Bu haberi de oku: "Vegetarian qadınların uşaqları əqli cəhətdən zəif ola bilər"
Son.az Trend-ə istinadən xəbər verir ki, restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər.
Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və "Soul Kitchen Terrace Baku"nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdid və tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərk edib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restorana getməməklə bağlı paylaşımlar ediblər.
