"Ramiz Mehdiyevə villa bağışlamamışam”
Digərləri 05 Kas 2025 15:45:00 88 0
"Siz də ciddiyə almayın".
Bu haberi de oku: Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
Son.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən gununsesi.info-ya deyib.
"Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın".
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Bu məlumatlarda onun Qəbələdə yerləşən villası da diqqət mərkəzinə gətirilib. Həmin mülkün R.Mehdiyevə FHN şefi tərəfinən verildiyi iddia edilib.
